Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Cəlal Novruz oğlu Cavadov (Cəlal Bərgüşad) - nasir,

1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

Həyatı


Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində jurnalistika şöbəsini bitirir, onu "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin edirlər (1951). 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləyib. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif olunmuşdur.
1996-cı il iyulun 9-da vəfat etmişdir.

Əsərləri


1.Bozatın belində. Bakı: Uşaqgəncnəşr, 1958, 400 səh.
2.Gələcəyi yaradanlar (oçerklər). Bakı: Azərnəşr, 1961, 78 səh.
3.Təzə gəlin (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.
4.Toydan sonra (hekayələr). Bakı: Azərnəşr, 1964, 128 səh.
5.Bozatın belində (tarixi roman). Bakı: Gənclik, 1970, 408 səh.
6.Dərilməmiş salxımlar (hekayələr). Bakı: Gənclik, 1974, 131 səh.
7.Sıyrılmış qılınc (tarixi roman). Bakı: Gənclik, 1981, 375 səh.
8.Şərq çiçəyi. Bakı: Gənclik, 1985, 235 səh.
9.Bozatın belində. Bakı: Gənclik, 1988, 430 səh.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!