Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
 
 

Vergülünə, Nöqtəsinə toxunmadan...

Hacı Mirhəsən Hadi

Vətən düşüb yadıma.



Dərdin,qəmin içində,
ümidlərim can verir.
İnamların köçündə,
yaralarım qan verir.
Elim, haray deyirəm,
Kimsə çatmır hayıma,
vətən düşür yadıma!
...

Dərdin ağır daşını,
daha ata bilmirəm.
Gözlərimin yaşını,
bilə-bilə silmirəm.
Fələk də qəm gndərir,
ünvanıma, adıma
Vətən düşüb yadıma! .
...

İtik birdi güman min,
haranı duyub gəzim?!
Yaxşı birdi, yaman min,
hansını vurub əzim?!
Ocağımı söndürüb,
su səpirlər oduma,
Vətən düşüb yadıma!
...

Göyərçinəm, dənsizəm,
nə su , nə dən verən yox.
Vətəndə vətənsizəm,
Mənə vətən verən yox.
Həsrətəm Bərgüşad tək,
Həkəri tək çayıma.
Vətən düşüb yadıma!
...

Sinəm dolub yenə də,
könül ,dinmək istərəm.
Uşaq olub yenə də,
Qaçıb minmək istərəm
Üzəngisi od-alov,
Yüyəni daş atıma
Vətən düşüb yadıma!

Bu dağların eşqinə.

Çox çəkmişik qəm kədərin nazını,
Qış etmişik bəxtimizin yazını.
Aşıq qardaş, al sinənə sazını,
Bir hava çal o dağların eşqinə.

Qoşul bizə, bizimləbir gəl inlə,
Yaramıza toxundurub əl, inlə
Bir ocaq çat qəlbimizdə əlinlə,
Sönüb gedən ocaqların eşqinə.

Rəvamıdır ürək qana boyansın?
Könül sevən məlul-müşkül dayansın?
Bir hava çal xatirələr oyansın.
Ogünlərin , o çağların eşqinə.

Hacı deyər , sevməyən qəlb üzülsün,
Ala gözlər xumarlanıb süzülsün.
Misralarım ağ varağa düzülsün,
Nəğmə deyən dodaqların eşqinə.


Mahirə Abdulla


ATA YURDUMA


Atama oxşar qocanı görəndə üşəndim, düşündüm, ya Rəbbim, tutdu məni qarğışlar. Qara yağışlar yağdımı, qara qurşunlar tökülür Qubadlının 'qu' deyəndə qulaq tutulan qarsımış yurdlarına. Nişangah qartalının qaşqası qanlı, ana əlik qorxusundan mayalamır ağca balasını. Qaratikan qalanları daldalamır, qantəpərlər qan damır... Qismət dönük, qartımış qarğaları yağır sarğıları buğlanan yorğa atları ürküdüb uçurdar bəri - bizə sarı. Haçadil ilan çalıb məni, sızlayıb cırnayıram. Qolum-qanadım qırılıb, dilimdən çarmıxa çəkirlər. Şəkillər bala deyil, balalar qaldı davada. Havada yanıq qoxusu. Qınaq qorxusu olmasa boğazıma çəkərdim ovxarsız dəryazı. Bu yazı qarğalar gətirdi, daha dəyişmir fəsillər, boynumuza biçilir kəfən aylar, illər. Didərginəm, hamı ola bilərdim, amma necə özüm olum? Qolum-boyunduruq- boynumda, ilan xislətli düşmən xısın-xısın sinəmə qısıldı. Qısırdı bu bahar. Yönsüzdü, yöndəmsizdi, sonsuzdu, sorumsuzdu. Soyuq sobalar qurumlu, yiyəsiz obalar küsülü, qırımlı, təzə gəlin kimi cilvələnən alçalar könlümə, gözümə girmədı, leyləklər qələbə müjdəsı gətirmədi. Başımı ovxalayar, içimi qurudar küləklər, dilimi ovxarlayar gözümdən tökülən çörəklər. O qoca da soyuq, quru, qüruru ürək vurur, bənzəmir mənim atama! Atam vardı, Vətən vardı, sığınmağa qucaq vardı, isinməyə ocaq vardı, od vardı. Şax kişi, saytal kişi, dağlarda qartal kişi, sipərdi sinəsi, qayaydı kürəyi. Kuruyə bilmirəm sinəmdəki ağrını, evimdə yallanan, yalı yağlanan yalanı. Qapının yanavını aralayıb boylanır boyuna boyana qoxulu bir üşaq- kölgəni ata sanıb yanılar, analar doğdumu bu gecə Qarabağı alan balanı?

Asif Talıboglu.
Qaytar məni viran olmuş kəndimə


Dözmək olmur naləsinə urəyin,
Artiq unutmuşam təndir çörəyin,
Lazim deyil mənə vallah heç nəyin,
Qaytar məni viran olmuş kəndimə.
***

Burda mənə dəyir hər atılan daş,
On ildir qurumur gözlərimdə yaş,
Yaman sıxır məni bu həyat qardaş,
Qaytar məni viran olmuş kəndimə
***

Səbrim catmır bu möhnətə dözüm mən,
Hər yuxumu yaxsılıqla yozum mən.
De,ne qədər qərib-qərib gəzim mən,
Qaytar məni viran olmuş kəndimə
***

Daha igidlərin gəlmir nərəsi,
Pərən-pərən düsüb indi hərəsi,
Yada düsüb qırxbugumu, tərəsi,
Qaytar məni viran olmuş kəndimə
***

Yadimdan cıxmayıb o yerlər bir an,
Ocaq daşlarıda qan aglayır qan,
Yeri,göyü,ərşi-kürşü yaradan
Qaytar məni viran olmuş kəndimə

Qubadlıda qalıbdır.

Dostlar,şeyx Mirsədi Mirimdir mənim,
Mirməhəmməd təkdir,birimdir mənim.
Kəbəmdir,qibləmdir,pirimdir mənim,
Qubadlıda din-imanım qalıbdır
****

Yenə vətən dərdi bağrımı dəldi,
Mən hardan biləydim,qəfildən gəldi,
Çox da tərifəmə Bakı gözəldi,
Qubadlıda xanimanım qalıbdır.
****

Talıboglu bulud kimi dolsa da,
Təbiət saçını gündə yolsa da,
Dünya özü boyda cənnət olsa da,
Qubadlıda yarı canım qalıbdır...





***
, ,
, ?!
,
, ?!
***
, ?!
.
,
?!
***
, ,
- .
, ?
, ?!
***
, ,
.
, .
, ?!

, ,
***
,
, .

, , !
***
,
.
, ?
, , !
***
,
, .

, , !
***
, ,
, .
,
, , !
***
- ,
.
,
, , !

,
***
- ,
, , , !
,
, , , !
***
, -,
, ?
,
, , , !
***
,
?
?
, , , !
***
?
?
?
, , , !




****
, ,
.
?!
, , !
****
, ,
, .
,
.
****
,

, ,
.
****
,
,
.
.
****
,
.
,
:.

şəhid atası Əliş Əliyev

Həkərlim



Həzin-həzin haraylayan çağlayan,
Həsrətliyəm ürəyimi dağlayan,
Sinəsində neçə ellər saxlayan,
Həsrət baxışlısan bizə HƏKƏRLİM.!
***
Dağlarında məcraları aşardın,
Dərələrə həzin mahnı qoşardın,
Astanalarda hirslənərdin coşardın.
Avazına həsrətliyəm HƏKƏRLİM.!
***
Yağı düşmən üzərini alıbdır,
Sahillərin ağlar günə qalıbdır,
Fikirlidir,xəyallara dalıbdır.
Axtarırsan sahibini HƏKƏRLİM.!
***
Çalbayını mənbəyini alanda,
Qoşasuda qol boyuna salanda,
Arazıma boşalanda,dolanda
Qəribləyib ağlayırsan HƏKƏRLİM!
***
Əliş deyir kaş məcranda olaydım,
Toy büsatı sahilində quraydım,
Düşmənimdən qisasımı alaydım
Dinlə məni qərib çayım HƏKƏRLİM.!


Kimlərə Qaldı



Əyinim kəpəzim ucada qaldı,
Bərgüşad-Həkərlim xəyala daldı,
Mirsədi ocağım,Nəbi oylağım.
Görün ay ellərim kimlərə qaldı!
****
İmamzadəm qəm evinə dönübdür,
Baxçasında xarı güllər solubdur,
Məzarlarım intizarda qalıbdır,
Qiymətli sərvətim yadlara qaldı!
****
Meşələri,gədihlərim,çaylarım,
Ucalardan çox ucadır dağlarım,
Toy büsatlı,çal-çağırlı çağlarım,
Əlimdən gedibdir yadlara qaldı!
****
Salbartıdan çal bayıra aşardım,
Üç ay boyu o dağlarda yaşardım,
Dərələrə həzin mahnı qoşardım,
Əlimdən gedibdir yadlara qaldı!
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!