Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
 
 

Tariyel Cahangirov

Şair, nasir, publisist - 1939-cu ilin 1 noyabrında dünyaya göz açıb. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Ali Partiya Məktəbini bitirib. 1962-66-cı illərdə Qubadlı rayonunun kəndlərində müəllim, direktor, 1966-70-ci illərdə rayon qəzetində məsul katib, 1970-79-cu illərdə Qubadlı rayon Partiya Komitəsində şöbə müdiri, katib, 'Azərnəşr'də redaktor, redaksiya müdiri işləyb.
Onun 'Azadlığın ad günü', 'Dağ çayı', 'Mənim səsim', 'Eşq' kimi şeirləri, 'Fənd', 'Minnətdarlıq', 'Keçmə məndən', 'Əla faktlar' və s. hekayə və novellaları nəşr olunub. Tariyel Cahangirovun yaradıcılığı, xüsusilə hikmətamiz satirik hekayələri Vətənə məhəbbət, millətə xidmət, dostluğa sədaqət kimi müqəddəs hisslərlə köklənib. O, Vətən sevgisindən doğan 'Daş ürəklər', 'Qubadlı', 'Vətən oğul istəyəndə' adlı əsərləri ilə oxuculara yaxşı tanışdır. Tariyel Cahangir son nəticədə Mir Sədi Ağanın ruhuna sığınıb və elə eyni adda kitab bağlayıb: 'Allaha inam, insana inam, insanın dünyadakı imkanlarına inam!'
Məhsuldar cavanlığından 'Qisas' nağıl-poeması da ərmağan qalıb.
onun çoşqun, alovlu, hərarətli təbi var; həmçinin müasir ictimai hadisələrə vaxtında səs verməyi bacaran nasirdir. Qısa zaman kəsiyi - milli respublikamızın yenidən doğuşu, azadlığın mümkünlüyü və azadlıq yanğısından doğan obrazlarda özünü tanıyır. O, insanlara ruh yüksəkliyi, mərdlik aşılayır, günümüzdəki ekssentrik inamla nihilist realizmi birləşdirməyin tamamilə əleyhinədir. Daxilən inamında da azaddır, dilində də, elə poeziya, nəsrində də sözünə nəzarət edir, təfəkkür intizamı ilə nüfuzuna xələl gətirəcək dəyişməzliyini saxlayır. Əks halda azad, tərif tələb etməyən yazısı onu belə rəğbətli etməzdi. Oxucuların ona pərəstişindən, hörmətindən bar gətirən ağaclar kimi başını aşağı dikir, özünü ağır aparır, sözünü batman edir və özü-özünə hesabat verir: 'Haqq yolunda olmayan - haqdan necə danışa bilər?!' Sanki Haqq-Təala parlaq zəka, həqiqət, düzlük, vəfa naminə uzun ömür yaşamasını təqdir edir. Həqiqəti düşmənlərdən qoruyur və daha faydalı, zəngin, ibrətamiz ömrünə zamin durur.
Onun yaradıcılığı həyat yoluna bənzəyir - çoxçeşidlidir. İnadlı peşəkar axtarışları ilə o, Nəsrəddin müəllim ('Ağıl dərmanı' satirik hekayəsi) kimi bütöv xarakterlər yaradır, nəzəri ümumiləşdirmələr aparır, nəticələr çıxarır. Yaradıcı təfəkkürü dövrün mühüm tələblərinə yönəlir, başlıca pafosu hər bir dövrün estetik idealının - mənəvi keyfiyyətləri ilə fərqlənən böyük hərflə İNSANın təcəssüm etdirilməsidir.
Tariyel Cahangirovun düşüncəsi, həyatı, ömür yolu, nəhayət yaradıcılığı, pafoslu səslənsə də, belə yekunlaşır: xoşbəxtdir, halal və namuslu əməyi ilə ucalmış, əzizlərinin qəlbinə nurlu siması ilə həkk olunmuşdur. Dostlarından biri əməkdar incəsənət xadimi, şair Həmid Abbas yazırdı: 'Tariyeli tanıdığım uzun illər ərzində ondan ancaq qayğıkeşlik, səmimiyyət, etibar və sədaqət görmüşəm. Onun sayəsində Qubadlı dağlarının neçə-neçə mərd övladlarını tanıyıb sevmiş, dostlarımın sayını artırmışam...'
80-ci illərdə xalq yazıçısı Əli Vəliyev onun yaradıcılığını belə qiymətləndirirdi: 'Tariyel Cahangirovun şeir və poemalarında sevgi duyğuları, Vətənə, xalqa, əməyə məhəbbət, müharibəyə nifrət hissləri ilhamla tərənnüm olunur. Hekayələrində Vətən torpağının, doğma Azərbaycan təbiətinin, şəhər və kəndlərinin gözəllikləri, əmək adamlarının qurub-yaratmaq eşqi, müasirlərimizin mənəvi aləmi, Azərbaycan xalqının taleyi, kəndlilərinin, xüsusilə qadınların həyatı öz parlaq əksini tapır'.
Dəyərli yazıçılarımızdan Qulu Xəlilov da Tariyel Cahangirin yaradıcılığında satira və yumora güclü meyil göstərdiyini qeyd edir və gələcəkdə istedadlı şair və nasir olacağına şübhə etmir.
Tariyel Cahangir təbiətində ilıq bir yumor, saf bir gülüş var. Bu saflıq ona uşaqlığından yadigar qalıb. Elə ona görədir ki, ömrünün hər hansı anında uşaqlaşa bilir, kövrəlir, uşaqların səviyyəsində, dil, ifadə, üslub cəhətdən maraq oxşayan hekayələr yazır. Bu, Tariyel Cahang üçün ictimai tərbiyə metodudur. Uşaq əhval-ruhiyyəsində yazılmış belə əsərlərdə təhkiyədən çox təsvir, söyləmədən çox hərarət, kövrəklik vardır. Bu əsərlərin bir qayəsi var: balalar oxuyub zövq alır, böyüklərsə öz uşaqlığını xatırlayır. Bu cəhətdən onun 'Səlbinaz nənəm', 'Bərgüşad', 'Duman', 'Qaynar bulaqlar', 'Dağ çayı', 'Baldırğan, baldırı qan', 'Bənövşə', 'Nəvələr' kimi onlarca əsəri səciyyəvidir. Vaxtilə onun Yazıçılar İttifaqına üzv olunmasına zəmanət verən xalq şairi Xəlil Rza da mahir, peşəkar uşaq yazıçısı olduğunu vurğulayırdı: 'Balaca oxucular üçün yazdığı hər bir şeiri sübut edir ki, Tariyel Cahangir uşaqların dünyagörüşünə, psixologiyasına yaxşı bələddir. Vətənə, torpağa məhəbbət, ata-ana qədri bilmək, qocaların yolunu saxlamaq, halal əməyə alışmaq kimi mövzular Tariyelin şeirlərində əsas yer tutur'.
Tariyel Cahangirə qəm, kədər, qüssə, pərişanlıq hissləri yaddır. Təbiətən şən əhval-ruhiyyəli adamdır. Və bir şeyi həmişə xüsusi vurğulayır ki, ömrün hər anında səhvlərimizi yada salaq, günahlarımızı boynumuza alaq. 70-i haqlayanda bir az da kövrəlir: 'Cavanlıq dövründə hamı səhv edə bilər. Yaşlı vaxtı günahları etiraf etməmək olduqca böyük qəbahətdir. Pislik etdiyimiz insanlardan üzr istəyək. Ürəyinə toxunduğumuz adamlardan bağışlanmağımızı xahiş edək. Əgər belələri günahlarımızı bağışlasalar, onda qiyamət günü Allah-Təala bizə rəhm edər'.
Bax beləcə Tariyel Cahangirv sözünə xitam verir: 'Allah-Təala peyğəmbərləri, dinləri də göndərməklə insanları yaxşılığa çağırmışdır. Dünyanı yalnız yaxşılıq xilas edəcəkdir!'
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!