Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 
Məhəmmədhüseyn Şəhriyar
...Qaçax Nəbi...

Dur qəfəs qapısın bir açax, Nəbi
Qoşulaq qulşara bir uçax, Nəbi !

Qazamat istidi,yata bilmisən,
Analar beşiyin sata bilmisən,
Öz ata yurdunu ata bilmisən
Qeyrətin qurbanı, ay qoçax, Nəbi !

On beş il gavurun zülmünə dözdün,
Hər nəqşə çəkdisə, nəqşəsin pozdun
Şimdi ki, obadan, eldən əl üzdün,
Qəm yükün çatmişam, dur köçax,Nəbi!

Dördbir dövrəmizi saldatlar aldı
Qalalar ucaldı,qaranlıq saldı,
Zindanın işiqsız,günəşşiz qaldı,
Hümmətin ucadır, dam alçax, Nəbi!

Bir kəsin qalmayıb yaru yoldaşdan,
Qalsada fayşadır,doymaz oynşadan,
Gecəli aşmalı bu dagdan,daşdan,
Zindanı qazmışam, dur qaçax, Nəbi!

Dedin bəs vətən də sabiq vətəndir,
Gördün ki,dostun yox,hepsi düşməndir,
Vətəndən qalan bir quru kövşəndir,
Ondan da əl çəkib vaz keçax, Nəbi!

Çöllərdə çəkmişdim vətən zillətin,
Gərəkmiş ozündə çəkim qürbətin,
Qırardım vətənin ipin,ülfətin,
Cigərdən ayrılmır bir picax, Nəbi!

Vətəndən doymuşam,məni qınama,
Dur gedək,bu xalqı artıq sınama,
Dur görüm,bu agac bənzir anama,
Telindən qoy qırım bir saçax, Nəbi!

Haralı olmalı, bilə bilmədik,
Qanların ləkəsin silə bilmədik,
Bir də biz bu yana gələ bilmədik,
Arazın suyundan bir icax,Nebi!
Qeyrətün qurbanı, ay qoçax, Nəbi!
Azərbaycan

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan,Azərbaycan.

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram.
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-Iran, Azərbaycan!

Bisutunu -inqlabda şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan!

Vətən eşqi məktəbində can verməyə öyrənmişik,
Ustadımız deyib heçdir vətnsiz can, Azərbaycan!

Qutarmaqçün zalimlərin əlindən Rey şumşadını
Öz şumşadın başdan-başa olubdu qan, Azərbaycan!

Yarəb nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

Igidlərin Iran üçün səhid olub,əvəzində
Dərd almısan ,qəm almısan,sən Irandan Azərbaycan!
<
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan eylə ,oyan, oyan,Azərbaycan!

Bəsdir feraq odlarından gül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Səhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman ,Azərbaycan!
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!