Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 


Mənim Qubadlım , Mənim Azərbaycanım.


Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Kəndləri bunlardır - Aşağı Cibikli, Xallava, Yuxarı Cibikli, Balasoltanlı, Qaramanlı, Padar, Başarat, Armudlu, Deşdahat, Hat, Milanlı, Çardaqlı, Əyin, Xələc, Tarovlu, Çərəli, Boyunəkər, Saldaş, Dəmirçilər, Poladlı, Dondarlı, Diləli, Müskənli, Mirlər, Göyərcik, Əliquluuşağı, Fərcan, Göyyal, Hərtiz, Zor, Bəxtiyarlı, Saray, Hal, Ballıqaya, Qəzyan, Məmər, Mollalı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xanlıq, Xocahan, Qilican, Tinli, Xocik, Mərdanlı, Qaracallı, Qarağac, Qarakişilər, Qaralar, Hüseynuşağı, Kavdadıq, Qayalı, Abdalanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Muradxanlı, Muğanlı, Məlikəhmədli Qundanlı, Alaqurşaq, Davudlu Eyvazlı, Gürcülü, Qədili, Məzrə, Sarıyataq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Teymur, Müskənli, Balahəsənli, Xıdırlı, Ulaşlı, Altınca, Əbilcə, Yuxarı Xocamsaqlı, Aşağı Xocamsaqlı, Mehrili, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Zilanlı, Kürd Mahruzlu, Seləli, Novlu, İşıqlı, Həkəri, Cılfır, Seytas, Göyər Abbas, Xəndək.


Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Rus və Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.

Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir.


Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar-çayın sahilində yerləşir. Şəhərdə 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Burada asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki, Azərbaycan 'Neftqazavtomat' təcrübə zavodu və başqa istehsal xarakterli müəssisələr də var idi.


Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəb var idi. Xanlıq kəndindəki 126 ?-li orta texniki peşə məktəbində hər il 300 nəfər şagird müxtəlif peşələrə yiyələnirdi.


Qubadlı rayonunda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi.


Rayonda 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu fəaliyyət göstərirdi. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssisəsində əhaliyə xidmət göstərirdi.


Rayonda 21 rabitə müəssisəsi vardı. Qubadlı qəsəbəsində 1200, Hal, Muradxanlı kəndlərinin hər birində 150, Teymur Müskanlı, Balasultanlı, Çardaxlı, Aşağı Mollu kəndlərinin hər birində 100, Qayalı kəndində 50 nömrəli ATS fəaliyyət göstərirdi.


İşğaldan qabaqkı son illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. Qəsəbədə 1176, Çəpəli, Dondarlı, Mahruzlu kəndlərinin hər birində 422, Muradxanlı kəndində 325, Balasoltanlı, Çardaxlı, Qaracallı kəndlərinin hər birində 192, Göyərçik kəndində 164 yerlik orta, Qayalı kəndində 216, Dəmirçilər, Xəndək kəndlərinin hər birində 192, Qarakişilər, Tarovlu, Aşağı Xocasamlı kəndlərinin hər birində 164 yerlik səkkizillik, Mərdanlı, Padar, Qiyaslı, Abdalalanlı, Mərlər kəndlərində ibtidai məktəb binaları da işğaldan əvvəl istifadəyə verilmişdir.


Rayon mərkəzindəki müasir tipli xəstəxana şəhərciyi, ATS, ticarət mərkəzi, univermaq, universam, bazar, mehmanxana, kitab evi, Mahruzlu kəndindəki poliklinika, Qaralar kəndindəki ambulatoriya, Xocik, İşıqlı, Diləli, Müskanlı kəndlərindəki kitabxana binaları da işğaldan qabaq inşa edilmişdir. Bu müddət ərzində rayon mərkəzində 30-a qədər inzibati bina tikilib istifadəyə verilmişdir.


Həmçinin işgaldan əvvəl rayon mərkəzində Əliquluşağı, Həkəri (Zəngilan rayonu) Xanlıq, Əyin, Fərcan, Mirlər, Dəmirçilər, Hərtiz, Çərəli, Muradxanlı, Qaracallı, Eyvazlı və Yuxarı Mollu ilə birləşdirən yeni asfalt və şosse yollar çəkilmiş, köhnə yollar genişləndirilmişdir. Xanlıq-Yuxarı Mollu, Ulaşlı-Mahruzlu, Qəzyan-Xocahan və başqa kənd arası yollar öz əvvəlki görkəmini büs-bütün dəyişmişdir. Qubadlı-Dondarlı, Sariyataq-Padar, Qaralar-Mahruzlu, Teymur Müskanlı-Balahəsənli, Mahmudlu-Hacılı körpüləri həsrətli sahilləri bir-birinə qovuşdurduğu kimi, yolçulara da qol-qanad vermişdir. Səngər dağının səfalı bir güşəsində cənnət misallı Armudlu bağında tikilən ponsionat hamını sevindirmişdir. Qubadlılar öz sevimli qəsəbə və kəndlərində tikinti abadlıq işlərini həvəslə davam etdirirdilər:


Tarixi abidələr


1. Xırman yeri yaşayış yeri - son tunc və ilk dəmir dövrü (Qubadlı qəsəbəsi)
2. Koroğlu qalaçası - son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)
3. Qalaça - son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)
4. Sığınacaq - IV əsr (Əliquluuşağı)
5. Mal təpəsi - son tunc və ilk dəmir dövrü (Muradxanlı kəndi)
6. Göy qala - V əsr (Əliquluuşağı)
7. Laləzar körpüsü - 1867-ci il (Əliquluuşağı)
8. Türbə - XVII əsr (Gürcülü kəndi)
9. 1 nömrəli türbə - XIV əsr (Dəmirçilər kəndi)
10. 2 nömrəli türbə - XIV əsr (Dəmirçilər kəndi)
11. Sığınacaq - IV əsr (Balahəsənli kəndi)
12. Sığınacaq - IV əsr (Zor kəndi)
13. Qara qaya sığınacağı - (Mahmudlu kəndi)
14. Qəbristanlıq - XIV əsr (Qayalı kəndi)
15. Mağara məbədi - (Əliquluuşağı)
16. Mağara məbədi - IV əsr (Gayr dərəsi)
17. Bulaq - XIX əsr (Əliquluuşağı)
18. Bulaq - (Əliquluuşağı)
19. 'Qalalı' qalası - (Əliquluuşağı)
20. 'Qalalı' qalası (yeraltı keçidlə) - V əsr (Muradxanlı kəndi)
21. Şirin bulaq - XVIII əsr (Məmər kəndi)
22. Bulaq - XIX əsr (Dəmirçilər kəndi)
23. Mədət bulağı - XIX əsr (Mahmudlu kəndi)
24. Məscid - XIX əsr (Dəmirçilər kəndi)
25. Məscid - XIX əsr (Dondarlı kəndi)
26. Hacıbədəl körpüsü - XVIII əsr (Dondarlı kəndi)
27. Cavanşir türbəsi - XIV əsr (Yazı düzü)
28. Qalaçid qalası - XIV əsr (Xocamusaxlı kəndi)
29. Türbə - XVIII əsr (Xocamusaxlı kəndi)
30. Məscid - XVIII əsr (Yusifbəyli kəndi)
31. Türbə - XVIII əsr (Boyunəgər kəndi)
32. Məscid - XVIII əsr (Mollalı kəndi)
33. Məscid - XVIII əsr (Mirlər kəndi)
34. Məscid - XVIII əsr (Məmər kəndi)
35. Məscid - XV-XVI əsrlər (Xələc kəndi)
36. Məbəd - XI əsr (Məzrə kəndi)
37. Məscid - XIX əsr (Mahrızlı kəndi)
38. Körpü - XIX əsr (Mahmudlu kəndi)
39. Daş qoyun fiquru - XV əsr (Mahmudlu kəndi)
40. Daş sandıq - XV əsr (Məmər kəndi)



TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ


Tarixi və Mədəniyyət Abidələri-Bəşəriyyətin keçib gəldiyi uzun əsrlik tarixi yol birmənalı təsdiqləyib ki, ilk insan və ilkin mədəniyyət Dəclə-Fərat çaylarının (Mesopotomiyada, bu sözün hərfi mənası da elə iki çayarası deməkdir) sağ və solunda intişar tapıb. Bu qədim mədəniyyətin ardınca yaranmış antik mədəniyyətlər də, çox maraqlıdır ki, iki çay arasında araya-ərsəyə gəlib. Orxon-Yenisey, Sir-Dərya və Amu-Dərya çayları arasında zaman-zaman yaranmış möhtəşəm mədəniyyət nümunələri də bu obyektiv qanunauyğunluqla bağlıdır. Hələ də kifayət qədər tədqiq olunmamış Kür-Araz mədəniyyəti də tarixin bu pozulmaz qanununa istinadən yaranmışdır.İki çay arasında əzəmətli mədəniyyətin yaranıb formalaşmasını birbaşa 'su həyatdır' məntiqi şərtləndirir. Zaman-zaman düşüncə sahiblərinin bir çoxunun həyatın sudan intişar tapdığı qənaətində olmaları da təsadüfı deyildi. Bu analogiyanı təsadüfən aparmırıq. Kür-Araz mədəniyyətinin ən parlaq nümunələri Bərgüşad-Həkəri çayları arasında boy atıb ucalmış maddi mədəniyyət nümunələridir.
Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıbdır. Rayonun ərazisində bu günümüzə qədər gəlib çıxmış abidələr də 'əşyayi-dəlil' kimi bu faktı əyani şəkildə təsdiqləyir. Tarixi abidələr insan oğlunun əlinin, beyninin, fiziki və intellektual cəhdinin məhsuludur. Hər bir insan (xalq, millət) öz dünyagörüşünə, təfəkkürünə uyğun düşünüb və düşüncəsini lazımi zaman-məkan harmoniyasında da həyata keçiribdir. Qubadlı torpağının tarixi uludur. Lakin onun adı bir mənbəyə ('Coğrafi adlar', Azərnəşr, 1982) əsasən dörd əsr bundan əvvəl yaranmışdır: 'Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır'.
Vətənin hər yerində olduğu kimi, Qubadlı torpağına da səpələnmiş daş yaddaşları - abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Görünür, ulu babalar bu abidələri daha etibarlı tarix hesab etmişlər. Gavur dərəsindəki mağara ibadətgah IV, Muradxanlı kəndindəki Qalalı, Əliquluşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə XIV, Gürcülü kəndindəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir. Əliquluşağı kəndindəki mağara ibadətgah, Xocamsalı kəndindəki qala, Seytas kəndindəki Anabat və bir çox əfsanəvi abidələr (Oğlan-qız qayası, Sınıq körpü, və s.) kim bilir, bəlkə daha qədim dövrlərin salnaməsidir?!
Belə bir gerçək həyati formul var: 'Heç nə, həç nədən yaranmır'. Hər bir şeyin maddi-mənəvi əsası olmalıdır. Maddi-mənəvi abidələr də insanın özünüdərk erasının məhsuludur. Bu gün ermənilərin min bir hiylə və 'zəhərverənlərinin' köməkliyilə işğal etdikləri Qarabağ və onun ətrafındakı ərazilərdə qalmış maddi-mənəvi mədəniyyət abidələri qədim türk düşüncələrin və əl izlərini qoruyub saxlamaqdadır (Qarı düşmən onları sıradan çıxarmış olsa belə).
Qubadlı qədim yaşayış məskənlərindən biridir. Bu faktı əyani şəkildə onlarla mədəniyyət nümunələri təsdiqləyir.


Mağaralar

Rayonun ərazisində qədim insanın yaşadığı onlarla mağara (kaha) mövcud olmuşdur. Aşağı Mollu kəndində doqquz, Əliquluuşağı kəndində beş, Həmzəli kəndində doqquz qədim insan məskəni olmuş kaha (mağara) bu günümüzə qədər durmaqdadır. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və b. kəndlərdə də qədim yaşayış məskənləri vardır. 'Gavur dərəsi' deyilən ərazidə IV əsrə aid mağara vardır.


Qalalar

Qala sözünü eşidəndə qeyri-iradi adamın gözü önünə sıldırım, keçilməz uca dağlar gəlir. Qala deyəndə adamın qanı coşur, ürəyinə təpər, qoluna qüvvət gəlir. Qubadlının ərazisində tarixə yoldaşlıq etmiş, mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Əliquluuşağı kəndində Göy qala (V əsr), Muradxanlı kəndində 'Qalalı' qalası, Xocamsaxlı kəndində Qala rayon işğal olunana qədər dururdu. Yeri düşmüşkən, onu da qeyd edək ki, Xocamsaxlı kəndinin qədim adı Qalacıq olub. Kənd sakinləri hələ də kəndin əski adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır.


Türbələr

Türbələr indiki göydələnlərin yadlaşmış əcdadlarıdır. O türbələr ki, dibindən göz qıyıb başına baxanda adamın gözü qaralıb, başı fırlanıb, başından papağı düşüb, O türbələrdə məxsusi zamanın arxitekturası qorunub saxlanılıb. Akustika funksiyasını bütün incəliyi ilə yerinə yetirən türbə arxitektonikasından sonrakı dövrlərdə də kifayət qədər istifadə edilmişdir. Rayon ərazisində tarixin müxtəlif qatlarında tikilmiş türbələr öz gözəlliyi ilə həmişə diqqəti cəlb etmişdir. Dəmirçilər kəndindəki türbə XIV, Gürcülü kəndindəki 'İmamzadə' türbəsi XVII, Yazı düzü adlandırılan sahədəki Cavanşir türbəsi XIV əsrin daşa dönmüş minarələridir.


Körpülər


Rayonun ərazisindən iki bol sulu çay (bir neçə xırda çay da var) axır. Bu çaylar üzərindən körpülərin salınması zamanın və təbiətin sifarişi olubdur. Körpü - həyatın sığortası, rahatlıq və ünsiyyət vasitəsidir. Qubadlı rayonu ərazisində üç qədim körpü olub. Bunlardan ikisi (Laləzar və Hacı Bədəl körpüsü) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfındən qeydə alınıb. Qubadlı ərazisində ən qədim körpünün Qarakişilər kəndində 'Sınıq körpü' olduğu söylənilir. 'Sınıq körpü'nün taleyi xalq arasında əfsanələrə bələnilibdir. Körpünün salınması barədə yaranmış əfsanədən belə ehtimal etmək olar ki, körpü 'əyyamı-qədimin' abidəsi olubdur. Rəvayətə görə, bu körpünü kişi paltarı geymiş bir qız tikibdir. Körpü sonralar sınıb sıradan çıxmışdır.Digər iki körpü (Laləzar və Hacı Bədəl körpüsü) tarixin bir qədər sonrakı dönəmlərində inşa edilibdir.Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilibdir. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada salınıbdır.Hacı Bədəl körpüsü XIX əsrin nişanəsidir. Yaxın tarixin yaşıdı olan körpünün şəffaf bir 'avtobioqrafıya'sı vardır.

Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl adlı bir şəxs öz xərci hesabına tikdiribdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi.

Hər iki körpü rayon işğal olunana qədər öz funksiyasını gərəyincə yerinə yetirirdi. Əfsuslar ki, bu körpülər və digər maddi mədəniyyət abidələri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfındən qeydə alınsa da, ən kiçik araşdırmaya belə cəlb olunmayıblar. Əslində, bu abidələr xalqın taleyidir, xarakteri və avtobioqrafıyasıdır. Qubadlı ərazisində mövcud olmuş maddi mədəniyyət abidələri orada yaşayıb yaratmış türklərin yüksək intellektini, həyat tərzini xarakterizə edir. Bu maddi sərvətlər lap qədimdən həmin regionda məskunlaşmış türklərin özünüdərk atributudur. Bu məntiqi yaxşı bilən riyakar qonşularımız daim türklərin maddi-mənəvi sərvətlərinə qənim kəsiliblər. Çox güman ki, Qubadlı ərazisində mövcud olmuş mədəniyyət nümunələri də mənfur emənilərin barbar düşüncəsinin qurbanı olub. Qubadlının zamanın hansı dönəmindəsə doğma sahibinin olacağına inanırıq. Ancaq Qubadlının maddi-mənəvi abidələrinin salamat qalmasına inamımız yoxdur:

Qubadlının tarixində həmişə qılıncla qələm qoşa dayanmışdır. Hər ikisi də ucada olmuşdur. Biri qəhrəmanlıq, digəri isə istedad zirvəsində. Bu torpaq milli qəhrəmanlar, görkəmli elm və görkəmli dövlət xadimləri, məşhur yazıçı və alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişdirmişdi.



Təbii sərvətləri


Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su yataqları vardı. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilib.


Melumatlar http://mygubadli.wordpress.com saitinden goturulmusdur
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!