Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 


ELMLƏR DOKTORLARI



1.DƏQİQ ELMLƏR ÜZRƏ DOKTORLAR




1. Əli Əmraslanov - SSRİ Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru
2.Əsgər Abdullayev - Azərbaycan Akademiyasının müxbir üzvü, Texnika elmləri doktoru
3. Məhəmməd İsgəndərov - Geologiya mineralogiya elmlər doktoru
4. Edil Eyvazov - Fizika-riyaziyyat elmlər doktoru
5. Xanlar Şirinov - Fizika-riyaziyyat elmlər doktoru 7. Mahirə Əliyeva - Fizika-riyaziyyat elmlər doktoru
8. Məmməd Quliyev - Fizika-Riyaziyyat elmlər doktoru
9. Rizvan Paşayev - Fizika-Riyaziyyat elmlər doktoru
10. Məmmədəli Salayev - Kibernetika elmlər doktoru
11. Hüseyn Allahverdiyev Kimya elmlər doktoru
12. Sərdar Hacıyev - Kimya elmlər doktoru
3. Mədəd Allahverdiyev - İqtisad elmlər doktoru
14. Həbib Şirinov - İqtisad elmlər doktoru
15. Sabir İbadov - İqtisad elmlər doktoru
16. Fikirət Adıgözəlov - İqtisad elmləri doktoru
17 Qaçay Heydərov - iqtisad elmlər doktoru
18. Canbaxış Nəcəfov -Tibb elmlər doktoru, Nyu-York Elmlər Akademiyasının üzvü
19. Gürşad Hüseynov - Tibb elmlər doktoru
20 Eldar Kamran oğlu Hüseynov - Tibb elmləri doktoru
21 Sadiq Quliyev-Kimya elmlər doktoru




2.HUMANİTAR ELMLƏR ÜZRƏ DOKTORLAR




1. Kamran Hüseynov - Tarix elmlər doktoru
2. İshaq Məmmədov - Tarix elmlər doktoru
3. Həsi Abdullayev - Tarix elmlər doktoru
4. Rüstəm Qəhrəmanov - Tarix elmlər doktoru
5. Həqiqət Aslanov - Tarix elmlər doktoru
6. Həsən Sadıqov - Fəlsəfə elmlər doktoru
7. Hicran Hüseynova - Siyasi elmlər doktoru
8. Qasım Qasımzadə - Filologiya elmlər doktoru
9. Əliheydər Həşimov - Pedoqoji elmlər doktoru
10. Rafiq Yusif oğlu - Filologiya elmlər doktoru
11. Məsud Əli oğlu - Filologiya elmlər doktoru
12.Afaq Məsud- Filologiya elmlər doktoru
12. Zahid Quliyev - Dilçilik elmlər doktoru
13. İlham Şahmuradov - Biologiya Elmlər doktoru
14 Muradxan Cahangirov - Dilçilik elmlər doktoru
15.Mönsüm Ədil oğlu Alışov- pedoqoji elmlər doktoru



Həyatları və yaradıcılıqları



Əli Əmraslanov Ağamalı oğlu




Geologiya üzrə mütəxəsis, geologiya- mineralogiya elmləri doktoru, professor, SSRİ EA- nin müxbir üzvü Əli Ağamalı oğlu Əmraslanov Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub.O. 1930-cu ildə Moskva Dağ Akademiyasını bitirib. 1930-38-ci illərdə Uralda Qazaxıstanda, digər Orta Asiya respublikalarında, Qafqaz respublikalarında və Zabaykaledə əlvan metalların yataqların araşdırılmasında və bu yataqların tədqiqində yaxından iştirak etmişdir.1938 - 1954 - cü illərdə bir çox elmi - tədqiqat institularında işləmiş, Moskva geologiya institunda dərs aparmış və eyni zamanda 'Sovet geologiyası' elmi jurnalının baş redaktor müavini işləmişdir.1954-1962- ci illərdə O, Əlvan metallurgiya nazirliyində yüksək vəzifələrdə işləmişdir. Ə.Əmraslanov bir çox elmi əsərlərin müəllifidir.
1.'Основные типы месторождений свинца и цинка (Методы поисков, развдки и оценка)'. 2. 'Свинцово-цинковые месторождения Австралии. Геологическая характеристика и закономерномерности размещения'
3.'Прогрессивные методы поисков полезных ископаемых'.
Əli Ağamalı oğlu Əmraslanov bir çox orden medall ilə təltif olunmuşdur.
1962 - ci ildə vəfat etmişdir.




Əsgər Ələkbər oğlu Abdullayev



Əsgər Abdullayev 1927-ci il yanvar ayının 1-də Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya göz açıb. O, dahi alim, elm sərkərdəsi idi. 1943-cü ildə Kəlbəcər şəhərində orta məktəbi, 1949-cu ildə isə Bakıda Azərbaycan Energetika İnistitutunun energetika fakkultəsini bitirib. Aspirant təhsilini Moskvada Avtomatika və Telemexanika Elmi-Tədqiqat İnistitutunda alıb. 1953-cü ildə kompressor və neft quyularının avtomotlaşdıılması üzrə namizədlik dissertasiyasını müdafiə edib. Aspiranturanı başa vuran kimi həmin İnistitutda kiçik elmi işçi vəzifəsində işə götürülüb. Bir il sonra doğma vətənə qayıdaraq Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat İnistitutunda " Avtomatika və Telemexanika " şöbəsini yaradaraq, ona rəhbərlik edib.
Əsgər Abdullayev 27 yaşı olarkən Azərbaycan neft mədənlərinin kompleks avtomatlaşdırılması işinin təməlini qoymuşdur. 1957-ci ildə Sumqayıt Neftkimyaavtomat Elmi-Tədqiqat İnistitutunda direktor müavini, iki il sonra isə direktor təyin edilir. Onun işlərini söz ilə ifadə etmək mümkün deyil. Rəhbərliyi ilə yaradılmış 500-dən artıq qurğu hal hazırda da Azərbaycan, Qərbi Sibir, Qazaxıstan, Türkmənistan, Başqırdstan, Tatarıstanın neft mədənlərinin quyularında fəaliyyət göstərir. O, 1970-ci ildə doktorluq işini müdafiə edərək, professor adı alıb, respublika elmlər Akademiyasının müxbir üzvü seçilib vz respublikada ilk elm xadimidir ki, SSRİ Dövlət mükafatı lauruyatıdır. Onun rəhbərlik etdiyi inistitut SSRİ-də neft və kimya sənayesinin avtomatlaşdırılması sahəsində yeganə elm ocağı idi. Onun rəhbərliyi altında 200-dən artıq texnika elmləri doktoru və namizədi yetişmişdirmişdir, onlardan 40-ı elmlər doktorudur. Bu inistitutun Bakı şəhərində təcrübə zavodu əcaclı surətdə yenidən qurdurmuş, 1980-cı ildə Əli Bayralıda(indiki Şirvan) "Cihazqayırma" və " Avtomatika və Telemexanika " zavodlarını, Sumqayıtda təcrübə bazasını işə salmış, Horadiz qəsəbəsində, Cəbrayılda, Şuşada(Malıbəylidə), Qubadlıda, Lənkəranda zavod filiallarını, Qroznuda, Volqaqradda şəhərlzrində inistitututun filialların yaratmışdır. 1985-ci ildə Bakı şəhərindəki Təcrübə Zavodu, Əli Bayramlıdakı iki zavodu və öz elmi şəbəkəsi əsasında "Neftqazavtomat" Elmi İstehsalat Birliyinə çevirərək, əvvəlcə baş direktor, 1994-cü ildən isə baş məsləhətçi vəzifəsində çalışmışdır. 1988-ci ildə SSRİ Nazirlər Sovetinin mükafatını almıi, bundan başqa Əsgər Abdullayev "Şərəf nişanı","Qırmızı Əmək Bayrağı" və"Oktyabr inqilabı" ordenləri ilə də təltif olunmuşdur. Azərbaycanda cihazqayırma tamamilə onun adı ilə bağlıdır. O, 10-dan çox monaqrafiyanın, 300 elmi işin, 60-dan artıq ixtiranın müəllifidir. Əsgər Abdullayev avtomatik idarəetmə sistemi üzrə SSRİ Milli Komitəsi Bakı ərazi qrupunun, SSRİ Cihazqayırma Nazirliyinin "İdarəetmə sistemləri və vasitələri" elmi-texniki şurasının, ASE redaksiya heyyəti "Kimya" redaksiya şurasının üzvü, "Bilik" cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri olub. 1998-ci ildə böyük alim, dahi qurucu, əvəzsiz pedoqoq haqq dünyasına qovuşmşdur.



Məmməd Əbdül oğlu İsgəndərov


Məmməd Əbdül oğlu İsgəndərov 1915-ci ildə Qubadlı rayonunun Evazlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 1924-ci ildə kənd məktəbində oxumağa başlayan və 1928-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirən Məmməd Bakıya gələrək M.Ə.Sabir adına pedaqoji texnikuma daxil olur.
1932-ci ildə texnikumu bitirən M.İsgəndərov 1934-cü ilin ortalarına kimi Zəngilan rayonunun Xanlıq kəndindəki orta məktəbdə müəllim işləyir. O, ilk gündən yoxsul kəndli uşaqlarının məktəbə cəlb olunması, oxumağa maraqlarının artmasında xeyli əmək sərf etmişdir.
1934-1935-ci illərdə M.İsgəndərov Kirovabad rayonunun Şəmsəddin kəndindəki ibtidai məktəbdə mьəllimlik edir. O, 1935-ci ildə Bakıya gəlir və Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursuna daxil olur. Bir il hazırlıq kursunda oxuyandan sonra, yəni 1936-cı ildə o, institutun tələbəsi olur.
1940-cı ildə institutu mühəndis-geoloq kimi bitirmişdir. M.İsgəndərov gənc mühəndis-geoloq kimi Molotovneft trestinin I mədənində işləməyə başlamışdır. Lakin Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq orduya çağırılmışdır. 1941-1943-cь illərdə o, Moskva və Kiyev cəbhələrində xüsusi qrup rəisi, xüsusi istehkamçı batalyon qərargahının rəisi, atıcı polkunun mühəndisi, xüsusi istehkamçı batalyon komandirinin müavini olmuş, istehkamlar qurulmasında, səngər və başqa tikinti işlərində iştirak etmişdir. 1943-cü ildə düşmənə tezliklə qələbə çalmaq üçün çoxlu yanacaq tələb olunurdu. Bu zaman bilavasitə M.Bağırovun təşəbbüsü ilə mьharibəyə səfərbər edilmiş Bakı neftзi mьtəxəssislərinin geri, цz işlədikləri mədənlərə qaytarılması məsələsi irəli sürülmüşdü. Dövlət Müdafiə Komitəsi neftçilərin ordudan geri çağırılması haqqında xьüsusi qərar çıxarmışdır. Cəbhədən geri çağırılmış neftçilərdən biri də M.İsgəndərov olmuşdur. 1943-1945-ci illərdə M.İsgəndərov Molotovneft trestinin 5-ci mədənində geoloq, 6-cı mədəninin partiya komitəsinin katibi olmuşdur. O, bir cəbhəçi kimi yeni-yeni neft quyularının qazılıb istifadəyə verilməsi, çoxlu neft çıxarılması və neftçilərin işə səfərbər edilməsində yaxından iştirak etmişdir. M.İsgəndərov 1945-1947-ci illərdə Azərbaycan KP Bakı Komitəsi katibinin neft üzrə müavini, 1947-1948-ci illərdə Bakı şəhəri Lenin rayonu partiya komitəsinin birinci katibi, 1948-1949-cu illərdə isə Azərbaycan SSR dövlət nəzarəti nazirinin mьavini vəzifələrində çalışmışdır. M.İsgəndərov bir geoloq kimi təsərrüfat, partiya işində çalışmasına baxmayaraq, eyni zamanda elmi işlə də məşğul olmuş, SSRİ Ali Attestasiya Komissiyası ona 1946-cı ildə namizədlik dissertasiyasını müdafiə etdiyinə görə geologiya-mineralogiya elmləri namizədi, 1957-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etdiyi üзün geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini, neft geologiyası üzrə professor elmi vəzifəsini vermişdir. 1948-1949-cu illərdə Bakının Orconikidzeneft tresti dövlətin neft hasilatı planlarını yerinə yetirmir və ən geridə qalan trestlərdən birinə çevrilmişdi. Bu barədə M.Bağırovun 1949-cu il aprelin 18-də Moskvaya, SSRİ Nazirlər Sovetinə göndərdiyi məktubda yazılır: 'Bir neçə il ərzində Orconikidzeneft dövlət planını yerinə yetirmir. Sizdən xahiş edirəm, trestin rəhbərliyi bacarmadığı üçьn müdirini mühəndis-geoloq Məmməd İsgəndərovu vəzifədən azad edib, bu vəzifəyə təyin edəsiniz' 1949-1951-ci illərdə M.İsgəndərov Orconikidzeneft trestinin müdiri, 1951-1953-ci illərdə Leninneft trestinin müdiri, Azneft Birliyinin baş mühəndisi və rəisinin birinci müavini olmuşdur. M.İsgəndərov Azərbaycan rəhbərliyinin etimadını daha da möhkəmləndirmək üçьn ona tapşırılan bu işlərdə dövlətin neft sahəsində qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirir, trestlərin neft çıxarılması sahəsində geriliyini aradan qaldırır, onları Bakının qabaqcıl neft trestlərinə çevirir, neft sənayesinin daha da inkişaf etməsinə var qüvvəsi ilə çalışırdı. Azərbaycan neft sənayesinin mьxtəlif sahələrində təcrübəli təsərrüfat işçisi kimi yetişmiş M.İsgəndərov 1953-1954-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi, 1954-1959-cu illərdə isə Azərbaycan KP MK katibi vəzifələrini daşımışdır. O, bu vəzifələrdə özünü bacarıqlı, enerjili, hazırlıqlı rəhbər təsərrьfat işçisi kimi göstərmiş, sənaye və tikinti müəssisələrinə çətinlikləri aradan qaldırmaqda, dövlət tapşırıqlarını və öhdəliklərini yerinə yetirmələrində gündəlik yardım etmiş, istehsalatın yaxşı təşkilatçısı olduğunu göstərmişdir. 1959-1961-ci illərdə M.İsgəndərov Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuşdur. O, bu dövrdə SSRİ məkanında o cümlədən Azərbaycanda geniş surətdə həyata keçirilməyə başlanmış yeddillik planın yerinə yetirilməsi uğrunda gedən mübarizənin rəhbərlərindən biri olmuşdur. O, Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin bütün sahələrində nailiyyətlər qazanılması yolunda var qüvvəsini sərf etmişdir. 1961-ci il dekabrın 28-29-da Azərbaycan SSR Ali Sovetinin beşinci çağırış səkkizinci sessiyası keçirilmişdir. Sessiyada deputatlar başqa məsələlərlə yanaşı təşkilat məsələsinə də baxmışdır. Sessiyanın dekabrın 29-da keçirilən üçüncь iclasında Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin sədri vəzifəsi məsələsi müzakirə olunmuşdur. Sessiyada deputatlar M.İsgəndərovu yekdilliklə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin sədri seçmişlər. Azərbaycan SSR Ali Sovetinin bu barədəki qərarında deyilir: 'Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti qərara alır: Məmməd Əbdül oğlu İsgəndərov yoldaş Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin sədri seçilsin, Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsindən azad edilsin'. Uzun müddət təsərrьfat, partiya, sovet işləri sahələrində rəhbər vəzifədə işləmiş, böyük həyat təcrьbəsi, xalqın hörmətini qazanmış M.İsgəndərov 1962-1969-cu illərdə respublikanın bu ən ali və məsul vəzifəsində çalışmış, sovetlərin idarəçilik işlərində fəaliyyətlərinin artması, təkmilləşdirilməsi, həyatın müxtəlif problemlərinin həll edilməsi, həyata keçirilməsi və s. məsələləri ilə ciddi məşğul olmuşdur. O, Ali Sovetin sessiyalarında Azərbaycanın sosial-iqtisadi, mədəni həyatı ilə əlaqədar məsələləri müzakirəyə qoymuş və məruzələrlə çıxış etmişdir. 1967-ci il oktyabrın 25-26-da Azərbaycan SSR Ali Sovetinin yeddinci çağırış ikinci sessiyasının iclasları olmuşdur. İclasın gündəliyində müzakirə olunan məsələlərdən biri 'Kənd və qəsəbə zəhmətkeş deputatlar sovetlərinin işini yaxşılaşdırmaq haqqında' olmuşdur. Bu məsələ ilə əlaqədar məruzə üçün Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin sədri M.İsgəndərova söz verilmişdir. O, məruzədə respublika xalq təsərrьfatının sürətlə inkişaf etdiyini, əmək məhsuldarlığının, mənfəətlər və digər texniki-iqtisadi göstəricilərin xeyli artdığını, kənd təsərrьfatı zəhmətkeşlərinin də yüksək nəticələr əldə etdiklərini göstərməklə yanaşı bu sahədə sovetlərin fəaliyyətindən, onların qarşılarında duran vəzifələrdən də xeyli danışmışdır. O demişdir: 'Respublikada yerli sovetlərinin son illərdə fəaliyyətini təhlil etdikdə görürük ki, rayon, şəhər sovetlərinin, həm də kənd və qəsəbə sovetlərinin çoxu istehsalat məsələlərinə yaxından fikir verməyə, öz ərazilərində yerləşən təsərrüfat təşkilatlarına tələbkarlıqla yanaşmağa, bu təşkilatların işinin vəziyyəti qayğısına qalmağa başlamışlar. Sovetlərin icraiyyə komitələri, daimi komissiyaları, deputatları öz işlərini yeni tələblərə uyğun surətdə qura bilmiş, əsas diqqəti iqtisadiyyat məsələlərinə verməyə başlamışlar. Sovetlər tərbiyə işi ilə daha çox və konkret məşğul olur, tapşırılan sahə üçün, dövlət və əmək intizamına əməl edilməsi üçün hər bir kolxozзunun, sovxoz fəhləsinin məsuliyyət hissini artırmağa зalışırlar. Təcrübə göstərir ki, hazırkı mərhələdə iqtisadiyyat və mədəniyyətin inkişaf mənafeyi yerli sovetlərin hüquqlarını daha da genişləndirməyi, hər bir sovetin, hər bir icraiyyə komitəsinin səlahiyyətini dürüstləşdirməyi və vəzifələrini aydın mьəyyənləşdirməyi tələb edir. 'Kənd və qəsəbə zəhmətkeş deputatları Sovetlərinin işini yaxşılaşdırmaq haqqında' qərar qarşımıza bütün sahələrdə, ən əvvəl, təsərrüfat, maliyyə, torpaq məsələlərinin həllində, yerli sənaye müəssisələrinə, əhaliyə məişət xidməti və ictimai-mədəni xidmət göstərən müəssisələrə rəhbərlikdə kənd və qəsəbə sovetlərinin hüquqlarını genişləndirmək vəzifəsini qoyur'. 1970-1971-ci illərdə M.İsgəndərov Azərbaycan EA Dərin Neft və Qaz yataqları Problemləri İnstitutunun direktoru vəzifəsini daşımışdır. O, ilk gündən institutda neft və qaz yataqlarının layihələşdirilməsi və təhlili metodlarının yaradılması, təkmilləşdirilməsi, yataqların ehtiyatlarının müəyyənləşdirilməsi, neft və qaz-kondensat yataqlarının texnoloji sxemlərinin tərtib edilməsi sahəsinə bilavasitə rəhbərlik etmişdir. Məmməd İsgəndərov 1972-ci ildən İttifaq əhəmiyyətli pensiyaçı olmuşdur. Dəfələrlə Azərbaycan KP MK və Bakı Komitəsinin, onların bürolarının üzvü, Azərbaycan və SSRİ Ali sovetlərin deputatı, plenum, konfrans, qurultay, sessiyaların nümayəndəsi olmuşdur. O, iki dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur. Məmməd Əbdül oğlu İsgəndərov 1985-ci il mayın 28-də Bakı şəhərində vəfat etmişdir



Edil Əli oğlu Eyvazov


Edil Eyvazov 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində müəllim ailəsində anadan olub. O, 1957-ci ildə Qubadlı orta məktəbibi, 1963-cü ildə isə Xarkov Dövlət Universitetinin fizika fakultəsini bitirmişdir.
Edil Eyvazov 1963-1967-ci illərdə həmin inistitutun kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektiriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Onun dünyanın bir çox jurnallarında çap olunmuş 140-dan çox elmi məqalənin, fizikanın təbliği və yədrisi ilə bağlı 14 kitabın müəllifidir. Alimin rəhbərliyi ilə ona yaxın namizədlik dissertasiyası müdafiə olunmuşdur. Müztəlif dövrlərdə Universitetin fizika fakultəsinin dekanı, elmi işlər üzrə prorektoru olmuşdur. Hal hazırda orada Mexanika və Molekulyar Mexanika kafedrasının professorudur.


Əliyeva Mahirə Xasay qızı-Fizika - riyaziyyat elmləri doktoru, professor

Əliyeva Mahirə 1936-cı ilin sentyabr ayının 16-da Qubadlı rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakkultəsini bitirib.Həmin ildən Azərbaycan EA-nın Fizika İnistitutunda işə başlamışdır. 1967-ci ildən isə "Yarımkeçiricilər fizikası" labaratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycanda ilk dəfə A3B6 və A3B3C62 yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, termostimullaşmış keçiricilik və s. Xassələrini kompleks tədqiq etmiş və 1968-ci ildən "Yarımkeçiricilərdə qeyri-tarazlayıcı prosesslərin tədqiqi" qrupuna rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq elmi dərəcəsini müdafiə edərək, fizika elmləri doktoru adına layiq gorülmüşdür. Elə həmin ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur. Onun 90-dan çox elmi məqaləsi çap olunmuş və 6 ixtiranın müəllifidir. Bir çox Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.


Məhəmməd Quliyev - Fizika-riyaziyyat elmləri doktoru, professor

>Qısa bioqrafik məlumat 1943-cü il, sentyabrın 27-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1950-1959-cu illərdə Qubadlı rayonunun Xanlıq orta məktəbində oxuyub. 1959-1965-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1974-cü ildən BDU-da çalışır Təhsil və elmi dərəcə və elmi adlar 1959-1965, tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU 1967-1970, aspirant, AMEA-nın, Kibernetika İnstitutu 1973, f.-r.e.n., 'İkinci tərtib xüsusi törəməli diferensial tənlik üçün bəzi qeyri-klassik məsələlərə dair' 2006, f.-r.e.d., 'Çox ölçülü parabolik və hiperbolik tənliklər üçün tərs sərhəd məsələlərinin tədqiqi' 008- h/h, professor, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 2006-2008, dosent, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU ƏMƏK FƏALİYYƏTİ 1965-1967, müəllim, Qubadlı rayonun Xanlıq orta məktəbi 1970-1974, kiçik elmi işçi, AMEA-nın, Kibernetika İnstitutu 1974-1976, müəllim, Həndəsə kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1976-1982, baş müəllim, Həndəsə kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1982-1993, dosent, Həndəsə kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1995-2006, AHİK-nin sədri, BDU 50 elmi məqalənin və bir kitabın müəllifidir. Tədqiqat sahəsi Xüsusi törəməli diferensial tənliklər üçün tərs məsələlər. Seçilmiş əsərləri
1. Sonlu oblastda çoxölçülü xətti parabolik tənliklər sistemi üçün tərs sərhəd məsələsi. - Bakı Universitetinin Xəbərləri, 2003.
2. Sonlu oblastda çoxölçülü xətti parabolik tənlik üçün tərs məsələ. - Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu 'Qeyri-xətti sərhəd məsələləri', Donetsk, 2004.
3. Sonlu oblastda çoxölçülü hiperbolik tip inteqro-diferensial tənlik üçün tərs sərhədməsələsi. - Ukrayna Milli Elmlər Akademiyasının Tətbiqi riyaziyyat və Mexanika İnstitutunun əsərləri, Donetsk, 2004.
4. Çoxölçülü parabolik və hiperbolik tənliklər üçün tərs sərhəd məsələlərinin tədqiqi. - Doktorluq dissertasiyasının avtoreferatı, Bakı, 2006.
5. Sonlu oblastda çoxölçülü hiperbolik tənliklər sistemi üçün tərs sərhəd məsələsi. - Bakı Universitetinin Xəbərləri, 2007.
6. The multidimecional inverce boundaru vatue problems for liner systems ecluations huperbolik tupe in bounded domain. Матем.инс.им.В.А. Стеклова РАН Московский Гос.Университет им.М.В. Ломоносова, Международная конф. 'Дифференциальные уравненияи топология' посвящ.100-летию со дня рожд. Л.С. Понтрягина, Москва,17-22 июня, 2008 г.
7. Многомерная обратная краевая задача для параболико-гиперболическихх систем уравнений в огран. области. Международ.Российс. Азерб. Симпозиум 'Уравнения смешан.типа и родств. пробл.анализа информ. Нальчик,12-17май, ст.99-100
8. Многомерная обратная краевая задача для систем параболических уравнений в ограниченной области. Вестник БГУ, ?1, стр.27-35, 2009.
9. Многомерная обратная краевая задача для систем параболических уравнений в ограниченной области. Международной Российско-Абхазский Симпозиум 'Уравнения смешанного типа и родственные проблемы анализа и информатики', Нальчик-Ельбрус 17-22 май, стр.133-135, 2009.
10. Multidimencional inverse boundary problem for the system of linear hyperbolic eduations in the bounded domaim. Of the third conqrecc of the world mathematical society of turkic countries Almaty, June 30 - Jule 4, 2009, Volume 1,p 210
Kitablar
İneqral çevirmələr və onların bəzi tətbiqləri. - Bakı, 2008, 217 səh


Paşayev Rizvan Teymur oğlu - fizika-riyaziyyat elmləri doktoru, professor.

Rizvan Paşayev 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdur. Orta məktəbi Zəngilan rayonunda bitirmiş, 1968-1974-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxumuşdur. Təhsilini başa vurduqdan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləməyə başlamışdır. Əvvəlcə hesablama maşınları laboratoriyasının müdiri, sonra isə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.
1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 1989-2000-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilmişdir. 1998-ci ildə Rusiyanın Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. R.Paşayevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif olunmuş, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 2002-ci ildə yeni yaradılmış "İqtisadi informatika" kafedrasına müdir, 2005-ci ildə isə yenidən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə dekan seçilmişdir. 80-dən çox elmi əsərin müəllifidir, bunlardan 6-sı dərs vəsaitidir. Onun rəhbərliyi ilə 5 nəfər fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professor Rizvan Paşayev 58 yaşında vəfat etmişdir.


Sərdar Məhəmməd oğlu Hacıyev-Kimya elimləri doktoru, professor

Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966-1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969-1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır.1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş,1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. Sərdar Hacıyevin 120-dən artıq elmi məqalənin müəllifidir, bunlardan başqa onun aşağadakı kitabları çap edilmişdir:
1. "Qeyri-üzvü birləşmələrin fiziki kimyəvi xassələrinin modelləşdirilməsi üsulları"
2. "İstilik effekti və temperaturun təcrübi təyininin əsasları"
3. "Termokimya"
4. "Şüşə və davamlı materialların istehsalı texnologiyası"
5. "Fiziki kimyəvi analizdən praktikum"
Sərdar Hacıyev ona qədər aspirantı namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Atestasiya Komissiyasında Ekspert Komissiyasının üzvüdür.


Mədəd Mustafa oğlu Allahverdiyev-İqtisad elimləri doktoru

M.Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Hələ lap gənc ikən sərbəst elmi fəaliyyətə başlamışdır. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir.
Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur.
Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində Sovetlər İttifaqında kənd təsərrüfatının iqtisadi problemləri diqqət mərkəzində idi. Kənd təsərrüfatını stimullaşdırmaq, burada istehsalı tədricən intensivləşdirməklə ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını təmin etmək üçün bu sahənin dərindən öyrənilməsi tələb olunurdu. Bu dövrdə M.Allahverdiyevin bir-birinin ardınca 'Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı' (Bakı, Akademiya nəşriyyatı, 1956) 'Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi' (Bakı, Azərnəşr, 1956), 'Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu' (Bakı, 'Azərnəşr, 1959), 'Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri' (Bakı, Azərnəşr, 1960), 'Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları' (Bakı, Akademiya nəşriyyatı, 1960), 'Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili' (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur. Baxmayaraq ki, plan və bazar qarşıdurması o dövrün iqtisadi ədəbiyyatından başlayaraq geniş mübahisə və diskussiyalar obyektinə çevrilmişdi, real gerçəklikdə əmtəə-pul münasibətlərinin, mübadilənin inkişafı inkaredilməz iqtisadi hadisə idi. Ona görə də kolxozların geniş şəkildə əmtəə mübadiləsinə cəlb olunması labüdlüyü şübhə doğurmurdu. Lakin bunu təmin etmək üçün iqtisadi mexanizm hazırlanması tələb olunurdu. Tədqiqatçı-alim iqtisadi ədəbiyyatda ilk dəfə olaraq kolxozlarda məhsul vahidinə məsrəflərin ölçülməsi zəruriliyini və imkanlarını əsaslandırır, burada kapital qoyuluşlarının ölçüsü və ödəmə müddətinin müəyyənləşdirilməsi metodikasını işləyib hazırlayır. Keçmiş Sovetlər İttifaqında Azərbaycan özünün demoqrafik spesifikliyi ilə həmişə fərqlənmişdir. Orta İttifaq səviyyəsinə nisbətən əhalinin yüksək təbii artımı, yaş, çins, peşə tərkibində fərqli cəhətlərin olması, milli mentalitetin azərbaycanlıların ittifaqdaxili miqrasiyasına təsiri burada əmək resurslarının daha geniş və dərindən tədqiqini zəruri etmişdir. M.Allahverdiyev bu sahədə geniş tədqiqatlar aparmaqla böyük bir elmi məktəbin - demoqrafiya və əməyin iqtisadiyyatı elmi məktəbinin əsasını qoymuşdur. M.Allahverdiyevin və bu məktəbin digər nümayəndələrinin tədqiqatçı peşəkarlığı sayəsində Azərbaycan əmək resurslarının öyrənilməsi üzrə İttifaqda ən nüfuzlu elmi mərkəzlərdən biri hesab olunurdu.
M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. 'Əmək resursları və Azərbaycan SSR kənd təsərrüfatında onlardan istifadə olunması' (Bakı, Azərnəşr, 1964), 'Sosialist əhalisakinliyi qanunu' (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), 'Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri' (Bakı, Akademiya nəşriyyatı, 1966), 'Məhsuldar və qeyri-məhsuldar əmək' (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.
M.Allahverdiyev 1966-cı ildə 37 yaşında 'Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı problemləri' adlı doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan EA İqtisadiyyat İnstitutunda birinci, respublikada isə B.Axundov və T.Vəliyevdən sonra üçüncü iqtisad elmləri doktoru olmuşdur. 1968-ci ildə ona professor elmi adı verilmişdir.
Professor M.Allahverdiyevin tədqiqat obyekti olan işçi qüvvəsinin təkrar istehsalı problemi Azərbaycan iqtisad elmi üçün spesifik problemdir. Respublika iqtisadiyyatının məşğuliyyət, əmək tutumluluğu, demoqrafik təsirlər baxımından fərqli cəhətləri burada işçi qüvvəsi probleminin işlənməsinə də spesifiklik verir. Hazırda respublika iqtisadiyyatının ciddi probleminə çevrilən artıq əmək ehtiyatları yalnız yeni iqtisadi sistemə keçidin problemi deyildir. Bu, keçmiş dövrdən miras qalan problemdir. Respublikada işsizlik məsələsinin əmələ gələ biləcəyini M.Allahverdiyev keçən əsrin 60-cı illərinin əvvəllərində apardığı tədqiqatlarda konkret təhlil əsasında aşkar edib göstərirdi.
İstehsal proseslərinin mexanikləşdirilməsinə mane olmamaq, inzibati-idarə işçiləri ştatını şişirtməmək şərtilə mövcud işçi qüvvəsinin ictimai istehsala cəlb olunma səviyyəsini yüksəltmək uçün M.Allahverdiyev bütövlükdə istehsalın yüksək sürətlə inkişaf etdirilməsini əsaslandırır.
Sosializm şəraitində əmək resursları ilə onlara olan tələbat arasında disproporsiyanın yaranması obyektiv zərurət olmasa da, real həqiqətdir. Lakin müxtəlif yollarla bu uyğunsuzluğun qarşısını almaq mümkündür. Sovet iqtisadiyyatının tarixi inkişaf təcrübəsi göstərir ki, bu uyğunsuzluğu aradan qaldırmaq üçün ən çox istifadə edilən yol ölkənin iqtisadi rayonları arasında işçi qüvvəsini yenidən bölüşdürməkdir.
M.Allahverdiyev bütün əsərlərində bu cür tədbirlərə əl atılmasına qarşı çıxmış, onun heç bir müsbət nəticə vermədiyini aşkar etmişdir. Xüsusən şərq rayonlarının iqtisadi cəhətdən mənimsənilməsi üçün Zaqafqaziya iqtisadi rayonundan əmək ehtiyatlarının müxtəlif yollarla (ictimai çağırış yolu ilə, mütəşəkkil fəhlə toplanışı vasitəsilə) ora göndərilməsini həm iqtisadi, həm də demoqrafik cəhətdən ziyanlı bir tədbir hesab etmişdir.
Müəllifə görə, hər bir iqtisadi rayonda, o cümlədən respublikamızda artıq əmək ehtiyatlarının ictimai istehsala cəlb edilməsinin ən səmərəli yolu '...ya həmin rayonların özlərində istehsalın ümumi artım tempini sürətləndirmək və yaxud onun quruluşunu böyük əməktutumlu sahələr hesabına dəyişdirmək...'dən ibarətdir. M.Allahverdiyevin Azərbaycan SSR-in əmək ehtiyatlarına həsr olunmuş tədqiqatları bütövlükdə respublika əhalisinin sayının ərazi və sahə üzrə dəyişməsi qanunauyğunluqlarını aşkar etməyə imkan verir. Onun tədqiqatlarından çıxan məntiqi nəticələr böyük elmi-praktiki və sosial-iqtisadi əhəmiyyət kəsb edir. Bu qanunauyğunluqların aşkar edilməsi respublikanın ayrı-ayrı rayonlarının əhalisinin cins-yaş, milli, sosial və peşə strukturuna, rayonların təbii-iqtisadi və əmək resurslarından istifadə dərəcəsinə təsir etmək, onların perspektiv dəyişmə meyillərini görmək baxımından çox qiymətlidir. Əhalinin demoqrafik xüsusiyyətlərinin xalq təsərrüfatının planlaşdırılmasında nəzərə alınması zəruriliyini və uçot metodikasını əsaslandırması professor M.Allahverdiyevin dərin düşüncələrinin məhsuludur. Respublikanın inzibati və iqtisadi rayonları üçün əmək resurslarının hesabat və plan balanslarının tərtibi metodologiyasının hazırlanmasında və təcrübədə onun həyata keçirilməsində M.Allahverdiyevin misilsiz xidmətləri olmuşdur.
M.Allahverdiyev öz elmi-tədqiqat işlərinin yekunlarını gerçəkləşdirən, onların tətbiqinə nail olmağa cəhd edən alim idi. Bu, onu öz həmkarlarından fərqləndirən daha bir üstün keyfiyyət idi. Azərbaycan SSR Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna başçılıq etdiyi 1968- 1975-ci illər M.Allahverdiyevin həm elmi təşkilatçılıq qabiliyyətinin üzə çıxması baxımından, həm də onun tədqiqatlarının hökumət və dövlət səviyyəsində öz tətbiqini tapması baxımından müstəsna əhəmiyyətə malikdir. Onun rəhbərliyi altında institut böyük elmi mərkəzə çevrilir. Bu mərkəzdə respublikanın iqtisadi inkişafının uzunmüddətli proqnozlaşdırılması və perspektiv planlaşdırılması ilə əlaqədar mühüm problemlər işlənir. M.Allahverdiyevin başçılığı və bilavasitə iştirakı ilə '1971-1980-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi', '1976-1990-cı illərdə Azərbaycan SSR-in uzunmüddətli iqtisadi proqnozu, məhsuldar qüvvələrin inkişaf və yerləşdirilməsi sxemi' tərtib olunur. Xeyli vaxt və böyük enerji tələb edən bu fundamental işlər Azərbaycanının iqtisadi inkşiafının daha mütərəqqi istiqamətlərini müəyyən etmək üçün vahid ümumdövlət konsepsiyasının yaradılmasına xidmət etmişdir. Bu tədqiqatlar respublikanın iqtisadi inkişafının planlaşdırılmasında nəzərə alınmışdır.
M.Allahverdiyevin elmi-təşkilatçılıq bacarığı sayəsində respublikada iqtisad elminin yeni bir istiqaməti - region iqtisadiyyatının optimal fəaliyyəti adlı istiqaməti təşəkkül tapır. Ötən əsrin 70-ci illərinin əvvəllərində '1971-1988-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsinin konsepsiyası və əsas istiqamətləri', 'Uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in xalq təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinin metodoloji əsasları', 'Azərbaycan SSR-in sahələrarası və rayonlararası əlaqələri', 'İctimai istehsalın strukturunun təkmilləşdirilməsi', 'Respublikanın ayrı-ayrı rayonlarının kompleks iqtisadi inkişafının optimallaşdırılması' və digər bu kimi fundamental elmi tədqiqatların başa çatdırılması ilə həmin elmi istiqamətin əsası qoyulur.
M.Allahverdiyevin Dövlət Plan Komitəsi yanında İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illər Azərbaycan iqtisad elminin ən məhsuldar illəri sayılır. Onun rəhbərliyi və iştirakı ilə respublikanın sahələrarası enerji balansı, su, əmək resursları, gənclər balansı tərtib olunub, dörd dövr üçün Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi hazırlanıb. Maraqlıdır ki, gənclər balansının tətbiqi ilə onların peşələrə yiyələnmə dərəcəsini 60-65 faizə çatdırmaq mümkün olmuşdu. Müqayisə üçün deyək ki, bu rəqəm hazırda 15-20 faiz təşkil edir. Bu sxemlər və balanslar müəyyən mənada C.M.Keyns nəzəriyyəsini xatırladır və sanki həmin nəzəriyyənin Azərbaycanda istifadə edilməsinə yönəldilmişdir. Yaradıcılığının son mərhələsində görkəmli iqtisadçı alimin elmi maraq dairəsinə iqtisadi qanunların fəaliyyət və istifadə mexanizmi, region iqtisadiyyatının təsərrüfat mexanizminin təkmilləşdirilməsi, respublikada milli gəlirin təkrar istehsalı, sənayenin baza sahələrinin inkişafı problemləri daxil olur. Bu problemlər tədqiqatçı alimin 'Təsərrüfat mexanizmi və iqtisadi səmərəlilik' (1981), 'Azərbaycan SSR-də milli gəlirin təkrar istehsalının tempi və proporsiyaları' (Bakı, 'Elm' nəşriyyatı, 1982), 'Sənayenin baza sahələri və iqtisadi artım' (Bakı, 'Elm') kitablarında elmi həllini tapır. M.Allahverdiyevin göstərilən əsərləri xalqın iqtisadi fikir tarixi baxımından geniş öyrənilməyə layiqdir. Lakin bu məqalədə yalnız belə bir faktı oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, tədqiqatçı alim özünəməxsus hesablama metodu ilə respublikada milli gəlirin dinamikasını müəyyən etmiş, istehsal olunan milli gəlirlə istifadə olunan milli gəlir arasında uzun bir müddət ərzində mövcud olmuş böyük bir fərqin respublikanın ziyanına olmasını, bu fərqin dərin səbəblərini və onların aradan qaldırılması yollarını göstərmişdir.
Keçən əsrin 80-ci illərinin ikinci yarısında iqtisad elminin, kütləviliyinin artması, digər tərəfdən isə elmin özünün differensiasiyası ilə əlaqədar iqtisadi terminlərdən geniş istifadə olunmağa başlanır. Bu terminlərin düzgun işlədilməsi və dərk olunması həm dilimizin təmizliyini, həm də iqtisadi publisistikanı təhriflərdən qorumaq üçün vacib idi. Lakin respublikada mükəmməl və əhatəli iqtisadiyyat terminləri lüğətinin olmaması bu işdə müəyyən çətinliklər yaradırdı. Professor M.Allahverdiyevin başçılığı ilə az bir müddətdə olduqca tutumlu və böyük bir iş görüldü. 20 min termini əhatə edən iri həcmli 'Rusca-Azərbaycanca iqtisadiyyat terminləri lüğəti' (376 səh) hazırlandı. Təəssüf ki, lüğət alimin sağlığında deyil, onun ölümündən sonra - 1994-cü ildə 'Elm' nəşriyyatı tərəfindən çap olundu.
Professor M.Allahverdiyevin fəal alim mövqeyi onun doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə respublikanın ixtisaslaşdırılmış elmi şuralarının, iqtisad elmi üzrə koordinasiya şurasının, 'İqtisadiyyat' jurnalının redaksiya heyətinin üzvü kimi, həmçinin uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in elmi-texniki tərəqqisinin kompleks proqramının hazırlanması üzrə problem komissiyasının sədri kimi açıq hiss olunurdu.
Professor M.Allahverdiyev 1992-ci ildə 63 yaşında dünyasını dəyişdi.
Mədət müəllim elmi ictimaiyyət, xüsusən iqtisadçı alimlər arasında böyük nüfuz sahibi idi. Bu nüfuzu ona alim istedadı, elm yolu ilə gedənlərə hərtərəfli köməyi, mübahisəli məsələlərdə prinsipial mövqe tutması qazandırmışdı. Mədət müəllimlə uzun müddət birgə çalışmış və dostluq etmiş Azərbaycan iqtisad elminin ağsaqqalı, akademik Asəf Nadirovun onun haqqında yığcam və çox dəyərli belə bir fikri var: 'Mədət müəllim Azərbaycan iqtisad elmini yaradan bir alimdir. O, çox sədaqətli dost, insanları sevən və obyektiv qiymətləndirən şəxs idi'.
O, öz müasirlərini xeyli qabaqlamışdır. 100 nəfərədək elmlər namizədi və doktoru hazırlayan, sanballı elmi əsərlər yazan Mədət müəllim eyni zamanda prinsipial, xeyirxah, işıqlı bir insan idi. XX əsrin ikinci yarısında Azərbaycan xalqının iqtisadi fikrini müvəffəqiyyətlə təmsil etmiş M. Allahverdiyevin keçdiyi yaradıcılıq yolu bu gün iqtisad elminin ağır yükünü çiyinlərində daşıyan hər bir azərbaycanlı iqtisadçı alim üçün örnək ola bilər.


Həbib Rəhim oğlu Şirinov- iqtisad elmləri doktoru, professor

Həbib Şirinov 1929-cu ildə may ayının 1-də Qubadlı rayonunun Qarqışlaq kəndində anadan olub. O, 1959-cu ildə iqtisad elmləri üzrə elmlər namizədi, 1971-ci ildə 41 yaşında iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. bu rəqəm Azərbaycan elminə bir o qədər də səciyəvi deyil. O, uzun illər, ömrünün sonuna qədər Azərbaycan Xalq Təssərüfatı İnistitutunda işləmiı və neçə-neçə namizəd yetişdirmişdir. O alim olmaqla yanaşı həm də gözəl insan olub. Həbib Şirinov 1984-cü il dekabrın 29-da dünyasını dəyişib.


Fikrət Salam oğlu Adıgözəlov - iqtisad elmləri doktoru, professor.


Həyatı
Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olub. Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı ildə isə su resursları və su təsərrüfatı tikintiləri bölməsinə rəhbərlik etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının dosenti, 1991-1997-ci illərdə həmin kafedranın professoru seçilmişdir. 1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri işləmişdir. 1999-cu ilin sentyabrından o, "İnşaatın iqtisadiyyatı" kafedrasının professoru vəzifəsində çalışır. Fikrət Adıgözəlov elm və tədris ocaqlarında işlədiyi müddətdə su problemlərinə dair dövlət əhəmiyyətli elmi-tədqiqat işləri yerinə yetirmiş, respublikamızda su təsərrüfatı təyinatlı çoxlu tikinti obyektlərinin inşasının səmərəliliyini elmi cəhətdən əsaslandırmışdır. Bunların əksəriyyəti ölkənin xalq təsərrüfatı planına daxil edilərək, tikintisi həyata keçirilmişdir ki, bu da respublikamızda ucuz elektrik enerjisi istehsalının artmasına və suvarılan sahələrdə kənd təsərrüfatının inkişafına böyük təsir göstərmişdir. Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsiri"nə dair aktual bir mövzuda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji və praktiki əhəmiyyət kəsb edən problemlərin dərindən həllinə yönəldiyindən geniş aprobasiya olunmuşdur. O, Azərbaycan Dövlət Plan Komitəsinin ET İqtisadiyyat institutu tərəfindən işlənən "Azərbaycan SSR-də 1970-1990-cı illərdə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri" və "2000-ci ilə qədər dövr üçün Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi"nin əsas müəlliflərindən biri olmuşdur. Onun tərəfindən keçmiş ittifaqda ilk dəfə su ehtiyatlarının müxtəlif olduğu sahələrdə iqtisadı rayonlar üzrə su təsərrüfatı balansları tərtib edilmişdir ki, bu da regionların su təminatını daha düzgün əks etdirməklə su anbarları və digər böyük su təsərrüfatı obyektlərinin tikintisini iqtisadı cəhətdən əsaslandırılıb həyata keçirilməsinə imkan vermişdir. F.S.Adıgözəlov tərəfindən su təsərrüfatı balanslarının işlənməsi metodikası və tərtibi mərkəzi təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və onların əməli işində öz əksini tapmışdır. Prof.Fikrət Adıgözəlov ilk dəfə olaraq suvarma və su kəməri sistemlərindən əkin suyunun, texniki və içməli suyun spesifik xüsusiyyətlərini nəzərə alaraq bu sulardan istifadənin səmərəliliyini əks etdirən göstəricilər sistemini işləyib hazırlamışdır. Bu göstəricilər öz növbəsində suvarma və su təchizatı sistemlərinin istismarı müəssisələrinin təsərrüfat fəaliyyətinin səmərəliliyini əks etdirməyə imkan verir. Bazar iqtisadiyyatı şəraitində istehsal və xidmət sahələrinin yenidən təşkili və bu sahələrin səmərəliliyini müəyyən edən göstəricilərin yenidən işlənməsinin vacibliyini əsas məsələlərdən biri kimi qarşıya qoymuşdur. Sovet dövründən fərqli olaraq əkin suyunun pullu istifadə olunması hidrotexniki qurğu və şəbəkələrin tikintisinə investisiya yönəldilməsinin ümumi (mütləq) və müqayisəli iqtisadi səmərəliliyi müəyyən etmək üçün özünün metodikasını işləyib hazırlamışdır. Sudan pullu istifadənin kənd təsərrüfatı müəssisələrinin iqtisadi durumuna mənfi təsir etməsinin qarşısını almaq, sudan səmərəli istifadə olunmasını təmin etmək üçün professor F.S.Adıgözəlov elmi cəhətdən suya differensial qiymətlərin qoyulmasına dair özünün metodikasını işləyib hazırlamışdır.
Prof. Fikrət Adıgözəlov iqtisadi elminin digər sahələrinin problemlərinə aid də geniş tədqiqatlar aparmışdır. Respublikamızın torpaqlarından səmərəli istifadə olunması ilə əlaqədar onun apardığı tədqiqatlar, ayrı-ayrı iqtisadi rayonlar üzrə torpaq balanslarının işlənməsi, perspektiv dövr üçün torpaqların tranformasiyası, onların münbitliyindən asılı olaraq torpaqların iqtisadi qiymətləndirilməsi, həmçinin suvarılan torpaqlarda istehsalın intensivləşməsinə dair apardığı tədqiqatlar mühüm elmi-praktiki əhəmiyyətə malikdir. Alimin kənd təsərrüfatında maddi-texniki resurslar bazarının formalaşması və inkişafı, kənd təsərrüfatında texniki xidmətin formaları və onların səmərəli təşkilinə aid tədqiqatları mühüm elmi maraq doğurur.
Fikrət Adıgözəlov tikinti kompleksinin inkişafını təmin edən bir çox poblemlərin, o cümlədən tikintinin maliyyələşdirilməsi, onun maddi-texniki bazasının yüksəldilməsinin texniki resurslarla təmin olunmasının yaxşılaşdırılması problemləri və tikinti işlərinin təşkili və texnologiyasının təkmilləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsindəki roluna və bir çox digər məsələlərin həllinə aid geniş tədqiqat işləri ilə məşğul olmuşdur. Fikrət Adıgözəlovun respublikada pul-kredit sisteminin təşkili və inkişafına, həmçinin respublikaların və regionların iqtisadi inkişaf səviyyəsinin müəyyən edilməsinə dair tədqiqatları elmi cəhətdən mühüm əhəmiyyət kəsb edir.
F.Adıgözəlov apardığı tədqiqat işlərini yekunlaşdıraraq 1990-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yeni elmi istiqamətdə yazdığı "Aqrar-sənaye istehsalında su resurslarından istifadənin effektivliyi" mövzusunda dissertasiya müdafiə etmişdir. SSRİ AAK-nın Ekspert şurası F.S.Adıgözəlovun doktorluq dissertasiyasını yüksək qiymətləndirmiş və ona iqtisad elmləri doktoru alimlik dərəcəsi verilmişdir. F.Adıgbzəlov, V.K.Papisov, E.Y.Uşakovdan sonra keçmiş ittifaqda sudan istifadənin iqtisadi problemləri sahəsində iqtisadi elmləri doktoru dərəcəsi alan üçüncü alim idi. Onun keçmiş ittifaqda bu sahədə fəaliyyət göstərən elm və tədris müəssisələrinin alim və mütəxəssisləri arasında böyük hörməti olmuşdur. Professor F.S.Adıgözəlovun tədqiqatları 152 çap olunmuş əsərlərində, o cümlədən 5 monoqrafiyasında əks olunmuşdur. Alimin respublikadan kənarda da 10 əsəri çap olunmuşdur. O, dəfələrlə respublika, ittifaq və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. F.S.Adıgözəlovun çap etdirdiyi monoqrafiyalara respublikamızın tanınmış alimləri tərəfindən "Azərbaycanın xalq təsərrüfatı", "Kənd həyatı" jurnallarında, "Kommunist", "Bakinski raboçi", "Azərbaycan" qəzetlərində və digər dövrü mətbuatda yüksək rəylər verilmişdir.
F.S.Adıgözəlov mütəmadi olaraq elmi-tədqiqat işlərini tədrislə əlaqələndirmişdir. O, nəzəri və metodiki cəhətdən elmi-tədqiqat işlərindən əldə etdiyi nəticələri Azərbaycan Memarlıq və İnşaat Universitetində tikintinin və onun sahələrinin iqtisadiyyatından dərs dediyi fənlərin mühazirələrində və bu fənlərin tədris proqramlarında əks olunmuşdur . O, təhsil sahəsində aparılan islahatlarda yaxından iştirak etmişdir. 1992-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində bazar münasibətlərinin tələblərinə cavab verən idarəetmə strukturu və yeni ixtisasların açılması zərurətini vermişdir. Bu təkliflər hazırkı dövrə qədər kadr hazırlığında istifadə olunur.
Prof. F.S.Adıgözəlovun rəhbərliyi ilə 8 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 7 nəfər aspirant və dissertanta rəhbərlik edir, 2 doktorluq işinin məsləhətçisidir. O, 50-yə qədər doktorluq və namizədlik işlərinə rəsmi opponentlik etmişdir.
Prof.F.S.Adıgözəlov 1995-1998-ci illərdə Respublika Təhsil Nazirliyinin Tikinti və Memarlıq sahəsində Metodik Şuranın, 1994-1997-ci illərdə Respublika Elm və Texnika Komitəsinin Tikinti və Memarlıq sahəsində Ekspert Şurasının üzvü olmuş, tikinti işlərinə aid bir sıra problemlərə öz münasibətini bildirmişdir.
Fikrət müəllim həmçinin respublikamızda dövlət qanunlarının işlənməsində də öz əməyini əsirgəməmişdir. O, 1994-2000-ci illərdə Milli Məclisin Aqrar siyasəti və Yerli özünü idarəetmə komissiyalarında "Su məcəlləsi haqqında", "İrriqasiya və meliorasiya", "Bələdiyyə suları"na dair qəbul olunmuş qanunların hazırlanmasında yaxından iştirak etmişdir.
Professor F.S.Adıgözəlov respublikamızda makroiqtisadi və mikroiqtisadi sahədə tədqiq olunan problemlərin həlli yollarını ayırd etməyi bacaran alimlərdən biridir. O, tədqiqatçıların elmi işinə opponentlik etdiyi zaman onlara olan öz hörmətini bildirir, işlərində olan müsbət cəhətlərlə yanaşı, çatışmamazlıqları da prinsipial mövqedən dəqiq açıb göstərməyi bacarır. Prof.F.Adıgözəlovu tanıyanlar gözləri önündə onu nəinki istedadlı bir alim, eyni zamanda səmimi, qayğıkeş, haqqı-ədaləti qoruyan, təzyiqlərə dözən, ali məqsədə nail olmaq üçün axıra qədər mübarizə aparan bir alimi canlandırırlar. Fikrət müəllimin dostları onu başqalarının əzabına sevinməyən, öz kədərini gizlədib başqasının SEVİNCini bölmək, kiçiklərə güzəşt etmək, böyüklərə isə ehtiram göstərmək, əldə etdiyi nailiyyətdən süni surətdə istifadə edərək özünə ad qazandırmağı şəxsiyyətinə sığışdırmayan, sözübütöv, təmiz, sadə bir insan kimi tanıyırdılar.O, 2006-cı ildə haqq dünyasına qovuşmuşdur.


Qaçay Heydərov- iqtisad elmləri doktoru, professor.

Qaçay Nəzər oğlu Heydərov 1920-ci il 16 yanvarda Qubadlı Rayonunun Gürjülü kəndində anadan olub. O, anadan olandan bir həftə sonra anasını itirib. Azrbaycan Dövlət Universitetini şərqşünaslıq fakkultəsini bitirməsinə baxmayaraq ixtisasını dəyişərək iqtisadiyyat tarixindən elmi iş yazmışdir. Qaçay Xalq Təssərüfatı İnstutunun "İqtisadi tarix" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor idi. 2-ci Dünya Müharibəsində iştirak etmiş və oradan şikəst qayıtmışdır. O, bir neçə monaqrafiyanın müəllifi idi, bununla yanaşı həm də yaxşı şerlər yazırdı. Qaçay Heydərov 1990-cı il 10 iyunda vəfat etmişdir.


Canbaxış Nəcəfov -Tibb elmləri doktoru

Canbaxış Nəcəfov 1949-cu ilin aprel ayının 1-də Qubadlı rayonunun Əyin kəndində anadan olub.1966-cı ildə Q.İlyasov adına qəsəbə orta məktəbi bitirib. 1968-ci ildə BDU-nun biologiya fakkultəsinə qəbul olub. 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirərək. Azərbaycan EA-nın Zoologiya İnistitutunun aspiranturasına qəbul olub.1980-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə edir.1992-ci ildə Respublika Xalq Təhsili Nazirliyinin Baş pedoqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması inistitutunun biologiya və kimyanın tədrisi metodikası kafedrasına baş müəllim seçilir. 1995-ci ildə həmin kafedranın müdiri seçilir. 1996-cı ildə EA-nın Zoologiya İnistitutunda doktorluq dissertasiyasını mudafiə etmiş, bir il sonra isə professor adini almıidır. 1994-cü ildə ABŞ-ın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Onun bir əsərləri İngiltərədə, Berlidə, Budapeşdə, Helsinkidə, Moskvada, Kiyevdə, Xarkovda, Simferapolda, Sankt-Peterburqda və başqa yerlərdə çap edilmişdir. Canbaxış Nəcəfovun elmi işlərinə ABŞ, Braziliya, Argentina, Kuba, Kosta-Rika, Fransa, İngiltərə, Polşa, Çexoslavakiya və Rumuniya alimləri tərəfindən böyük maraqla qarşılanmışdır.


Gürşad Əsəd bəy oğlu Hüseynov-Tibb elmləri doktoru

Gürşad Əsəd oğlu Hüseynov 1920-ci ldə Qubadlı rayonunda Çərəli kəndində anadan olub. " Gürşad Gur Yaz Yağışıdır". Bu ad ona yaraşırdı. O, həm həkim, həm də həkimanə adam idi. 1946-cı ildə Azərbaycan Dövlət Tibb İnistutunu bitirib, elə həmin il də aspiranturaya daxil olur. Sonralar İnistutun Müalicə-profilaktika fakkultəsində dekan müavini,"Pataloji-fizoloji" kafedrasının müdiri, Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnistutunun direktoru, Tibb elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi G. Hüseynovun xidmətləri Qırmızı Əmək Bayrağı ordeni ilə qiymətləndirilir. O, Ümumittifak Patofiziololar Cəmiyyətinin üzvü, 200-dən çox elmi əsərin, neçə-neçə elmlər namizədi və elmlər doktoru yetişdirib. Ömrünün son günlərində "Tələbə" adlı poema yazmıidır. 1979-cu il avqust ayında vəfat etmişdir.


Kamran Əsəd bəy oğlu Hüseynov-Tarix elimləri doktoru, professor

Kamran Əsəd bəy oğlu Hüseynov 15 dekabr 1913-cü iidə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. O, 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949-1952- ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952- 1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.Kamran Hüseynov 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968 - 1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnmişdir. O, 1967- ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır. Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınırdı. O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı - 'Şöhrət' ordeni ilə təltif edilmişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.


Hicran Kamran qızı Hüseynova - Siyasi elmlər doktoru

Hicran Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Unuversitetini bitirmişdir və əmək fəaliyyətinə 1977-ci ildən orta məktəbdə müəllimi kimi başlamış, 1988-ci ildə BDU-nun "Siyasi Tarix" kafedrasında, 1992-ci ildə Beynəlxalq münasibətlər kafedrasında baş müəllim olmuş, 1993-cü ildən dosentdir. 1999-cu ildən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin "Beynəlxalq əlaqələr və informasiya" şöbəsinin müdiri, 2000-ci ildən BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavinidir. Tədqiqatları müasir beynəlxalq münasibətlər, beynəlxalq münasibətlərdə lobbizm, müasir inteqrasiya prosesləri mövzularına həsr olunmuşdur. 20-dən çox elmi əsərin, bir sıra metodiki vəsaitin müəllifidir


İsaq Mustafa oğlu Məmmədov-Tarix elimləri doktoru, professor

İsaq Məmmədov 1925-ci ildə Qubadlı rayonunun Qaracalılar kəndində anadan olub. Orta təhsilini rayonda başa vurduqdan sonra ali təhsil almaq üçün Bakıya üz tutur. Azərbaycan Dövlət Universitetinin tarix fakkultəsinə qəbul olur. Oranı bitirən kimi onu "Tarix" kafedrasına müəllim təyin olunur.1955-ci ildə namizədlik, 1959-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edir. 1970-ci illərin axırı 1980-cı illərin əvvəlləri Naxçıvan Dövlət Pedogoji İnistitutunun rektoru vəzifəsində çalışıb. Sonralar İsaq müəllim Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdüri işləyib.


Həsi Behbud oğlu Abdullayev-Tarix elimləri doktoru, professor

Həsi Abdullayev 1910-cu il dekabrın 25-də Qubadlının Qarağac kəndində bəy, eyni zamanda müəllim ailəsində doğulub. 1927-ci ildə Füzuli şəhərinə, 30-cu illərin əvvəllərində isə Bakıya köçürlər. Orta təhsilini Qubadlıda alan Həsi 1927-28-ci illərdə Şuşa pedogoji məktəbini oxuyur, 1929-cu ildə Gəncə Dəmiryol məktəbində müəllim işləyir. 1930-cu ildə Bakı pedogoji məktəbində təhsilini davam etdirir. 1939-40-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır və "Qubalı Fətəli xanın Şimali-Şərqi Azərbaycan dövlətini yaratmaq siyasəti" mövzusunda dissertasiya işini müdafiə edir. H. Abdullayev müdafiədən sonra Bakıya qayıtmış, 1941-1948-ci illərdə ADU-da baş müəllim, Elimlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Azərbaycan KP MK-nın məsul təşviqatçısı, 1944-cü ildən isə Azərbaycan SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifəyə təyin olunmuşdur. 1945-1955-ci illərdə Azərbaycan KP MK-nın məbliğat şöbəsinin müdiri, mühazirəçilər qrupunun sədri, Azərbaycan KP MK-nın nəzdindəki Ali Partiya Məktəbində SSRİ Tarixi Kafedrasının müdiri işləmişdir. O, 1956-1967-ci illərdə Azərbaycan SSR EA Tarix İnistitutunun "Orta Əsrlər tarixi" şöbəsinə rəhbərlik etmiş, 1963-cü ildə "Azərbaycan-Rusiya münasibətləri XVIII əsrin ikinci tarısında" mövzusunda doktorluq işini müdafiə edir və professor adina layiq görülür. Onun bir çox sanballı elmi əsərləri var. Onun ürəyi 1967-ci il martın 23-də 56 yaşında dayanmışdır.


Həsən Şiralı oğlu Sadıqov-Fəlsəfə elimləri doktoru, professor

Həsən Şiralı oğlu Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Erkən atasını və anasını itirmiş, dayısı Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Lakin tale tezliklə bu qayğıkeş insanı da onun əlindən almışdır. Kimsəsiz qalan H,Sadıqov Gəncə şəhərinə gedir və baytar-feldşer ixtisasına yiyələnir. Sonra Şuşa zoobaytar texnikumunda təhsilini davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına gedir. Daha sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbində oxuyur, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnir. Bu ixtisas üzrə Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurur. H.Sadıqov 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olur və oranı qurtardıqdan sonra Saatlı rayonunda müəllimlik edir. 1961-64-cü ildə Sumqayıt şəhərindəki 5, 7 və 9 nömrəli məktəblərdə müəllim, sonra isə məktəb direktoru işləyir. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və hüquq institutunun aspirantı olur. Sonra Sumqayıt şəhəri partiya komitəsində işlyəir. Lakin elmə olan böyük marağı onu partiya işindən ayırır. H.Sadıqov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyası müdafiə edir və M.Əzizbəyov adına Neft və kimya instiututunun fəlsəfə və elmi kommunizm kafedrasının əvvəlcə aspirantı, sonra isə baş müəllimi işləyir. 1972-ci ildə həmin institutun Sumqayıt filialının ictimai elmlər kafedrasının müdiri seçilir. O vaxtdan hal-hazıra qədər dosent, professor kimi həmin vəzifədə işləyir. H.Sadıqovun fəlsəfə elminin müxtəlif sahələrinə aid onlarla kitabı, yüzlərlə məqaləsi vardır.


Qasım Qasımzadə-Filologiya elimləri doktoru, professor

Həyatı
Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olmuşdur. Şəki pedaqoji texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945-1950). Eyni zamanda 'Azərbaycan gəncləri' qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur. Ədəbi fəaliyyətə 1944-cü ildə 'Kommunist' qəzetində çap etdirdiyi 'Vəfasız olmaz' adlı ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. 'Ədəbiyyat və İncəsənət' qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), 'Ədəbiyyat və incəsənət' qəzetinin redaktoru (1957-1963) olmuşdur. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, burada baş elmi işçi (1963-1973), sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). Bakıda rayon xalq Sovetinə deputat seçilmişdir (1950). Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1982) və bir medala layiq görülmüşdür. 1993-cü il iyulun 28-də vəfat etmişdir. Əsərləri
1.Bizim kənd. Bakı: Uşaqgəncnəşr, 1951, 56 səh.
2. Bizim şəhər. Bakı: Uşaqgəncnəşr, 1953, 40 səh.
3. Bizim dağlar. Bakı: Uşaqgəncnəşr, 1955, 74 səh.
4. Nikolay Ostrovski. Bakı: Uşaqgəncnəşr, 1955, 72 səh.
5. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1956, 268 səh.
6. Ürək döyüntüləri. Bakı: Azərnəşr, 1959, 156 səh.
7. Son görüş. Bakı: Uşaqgəncnəşr, 1960, 86 səh.
8. Süleyman Rəhimov. Bakı: Azərnəşr, 1960, 119 səh.
9. Kiçik dayə. Bakı: Uşaqgəncnəşr, 1962, 16 səh.
10.Nəğməli ürəklər. Bakı: Azərnəşr, 1963, 68 səh.
11.Bənövşə yarpağı. Bakı: Azərnəşr, 1964, 286 səh.
12.İsmət. Bakı: Azərnəşr, 1966, 160 səh.
13.Aşıq gördüyünü çağırır. Bakı: Gənclik, 1969, 300 səh.
14.Getdim, gördüm, düşündüm, B., 1971, 100 səh., 10.000 nüs.
15.İnsan min il yaşardı. Bakı: Azərnəşr, 1973, 366 səh.
16.Keçmə namərd körpüsündən. Bakı: Gənclik, 1975, 182 səh.
17.Dağlar buraxmır məni. Bakı: Yazıçı, 1978, 402 səh.
18.Daşdan keçən söz. Bakı: Gənclik, 1981, 206 səh.
19.Ədəbiyyatda millilik və beynəlmiləllik, B., Elm, 1982, 274 səh., 1.700 nüs.
20.Səndən ayrılalı. Bakı: Yazıçı, 1985, 299 səh.
21.Şəfa çantası (şeirlər). Bakı: Gənclik, 1986, 13 səh.
22.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1988, 336 səh.
23.Ədəbiyyatımız və mənəviyyatımız. Bakı: Yazıçı, 1988, 405 səh.
Tərcümələri (ruscadan)
1.M.Tursunzadə. Hindistan balladası. Bakı: Usaqgəncnəşr, 1950, 44 səh.
2.M.Mirşəkər. Qızıl qışlaq. Bakı: Uşaqgəncnəşr, 1954,
3.İ.Noneşvili. Qonaq gəlin Gürcüstana. Bakı: Usaqgəncnəşr, 1962, 76 səh.
4.M.Tursunzadə. Asiyanın səsi. Bakı: Azərnəşr, 1964, 128 səh. Şerləri "...Gəlmişəm...","Anam gildədir","İsmət","Millət geri qalıb deyir","Olsa","Bu gün Səni gördüm","Əhdin mübarək","Səni sevən qadın","Bir az","Türk gözəli". Mahnılar "Olmaz-olmaz deyirsən",Eşqimin növrağı","Qonşu olmaq istəmirəm səninlə".


Əliheydər Şirin oğlu Həşimov- Pedagogika elimləri doktoru, professor

Əliheydər Həşimov 24 iyul 1924-ci ildə Qubadlı rayonunun Əyin kəndində doğulub. 1938-1940-cı illərdə Ağdamda pedoqoji texnikomda təhsil alıb. 1947-ci ildə Bakıya gələrək ADU-nun filalogiya və psixologiya şöbəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vuraraq Gəncə Pedoqoji İnistitutunda və Respublika Xalq Maarifi Muzeyində çalışır. 1966-cı ildə həmin İnistitutunda yədris işləri üzrə prorektor, üç il sonra isə oraya rektor təyin edilir.1986-cı ildə Xarici Dillər İnstitutunun professoru seçilir. O, onlarla dissertantın rəhbəri və doktorantın oponenti olmuşdur. Fəaliyyəti illərində onun aşağadakı dərslikləri çap etdirmişdir: "Azərbaycan xalq pedaqoqiqasından mühazirələr"," Azərbaycan xalq pedaqoqiqası antalogiyası", "Azərbaycan xalq pedaqoqiqası", "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər ", "Azərbaycan xalq pedaqoqiqasının iki mühazirə", " Azərbaycan xalq pedaqoqiqasının əsasları"," Azərbaycan xalq pedaqoqiqasının bəzi məsələləri","Xalq pedaqoqiqasında tərbiyyənin üsul və vasitələri","Pedaqoqika kursunun tədrisində xalq hikmətindən istifadə". Bu kitablar təkcə tələbələrin deyil, həm də filoloqlar ordusunun stolüstü kitabıdır. 1994-cü ildən Bakı Özəl Universitetinin tədris məsələləri üzrə prorektorudur. Onun 250-dən artıq məqalələri çap edilmişdir. Azərbaycan filologiya elminin ağir səngərdağı haqq dünyasındadır, onun xatirələri isə onu sevənlərin daim qəlbində yaşayacaqdır.


Məsud Əli oğlu- Filologiya elimləri doktoru, professor

Məsud Əlioğlu 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filalogiya fakkultəsinə daxil olmuş və bütün həyatını Respublika Elmlər Akademiyasi\ının Nizami adına Ədbiyyat İnistitutu ilə baölamışdır.1955-ci ildə "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu"nda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi adına layiq görülmüşdür. O, doktorluq işini müdafiə etdikdə 40 yaşın içində olub. Bu vaxta kimi Məsud Əlioğlunun 10 kitabı çap olunub ( 9-u saölığında, biri isə ölümündən sonra). Məsud ali təhsil almasa idi belə, tanınmiş qələm sahibi ola bilərdi. Belə ki, onun ən yaxın dostları B.Vahabzadə, X.Məmmədov, Şamo Rəhimov, Q.Qasımzadə, İ.Şıxlı, T.Kazımov və N.Rzayev kimi insanlar idi. Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-cü il 23 iyul tarixdə vəfat etmişdir. İndi Məsud yolunun davamçısı Afaq xanım davam etdirir.


Zahid İsfəndiyar oğlu Quliyev -Dilçilik elimləri doktoru, professor

Zahid Quliyev 1936-cı il dekabrın 21-də anadan olub.Natamam orta təhsilini Mahmudluda, orta təhsilini isə Qubadlı qəsəbəsində alıb. O, 1959-cu ildə Azərbaycan Dövlət Xarici Dillər İnistutunun Alman dili fakultəsini bitirib və Duvanlı qəsbəsində orta məktəbdə əvvəl müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. 1962-ci ildən bitirdiyi İnistituta qayıdaraq orada fəaliyyətə başlayıb, baş müəllim, dekan müavini, dekan və csonra 10 il kafedra müdüri olur. 1990-cı ildən Roma-German filalogiya fakultəsinin dekanı işləyir.
Zahid Quliyev 1973-cü ildə "Tədrisin ilk mərhələsində şagirdlərə almanca danışığın öyrədilməsi metodikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib, bir il sonra isə prifessor vəzifəsinə irəli çəkilir. Alimin elmi əsərlərinin sayı 40-dan yuxarıdır, 4 tədris kitabının müəllifidir. Professor 10-dan çox dissertantın rəhbəri olmuşdur.


Rafiq Yusifoğlu-Filologiya elimləri doktoru, professor

Rafiq Yusif oğlu Əliyev - şair, yazıçı, tənqidçi, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, "İlin ən yaxşı kitabı", "Vətən", "Qızıl qələm", "Araz" və s. mükafatların laureatı.
Həyatı
Rafiq Yusif oğlu Əliyev 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. "Azərbaycan Sovet poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.2007-ci ildə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Fəaliyyəti 1
985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur. Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir. Əsərləri
 1. Yurdum-yuvam. Bakı: Gənclik, 1983, 72 səh.
 2. Ətirli düymələr. Bakı: Gənclik, 1986, 88 səh.
 3. Ocaq yeri. Bakı: Yazıçı, 1989
 4. Aylı cığır. Bakı: Gənclik, 1992
 5. Qəm karvanı. Bakı: Sumqayıt, 1997
 6. Həsrət köçü. Bakı: Sumqayıt, 1998
 7. Сладкий дождь (rus dilində). Bakı: Şuşa, 1998
 8. Dünya xalqlarının nağılları. Bakı: Azərbaycan, 1998
 9. Azərbaycan poeması: axtarışlar və perspektivlər. Bakı: Elm, 1998
 10.Xatirə kəcavəsi. Bakı: Elm, 1999
 11.Bahar qatarı. Bakı: Azərbaycan, 1999
 12.Kitabi-Dədə Qorqud. Bakı: İşıq, 1999
 13.Böyük arzuya gedən yol. Bakı: Azərbaycan, 2000
 14.Möcüzəli xəzinə. Bakı: Azərbaycan, 2000
 15.Təzə sevdalara doğru. Bakı: Şuşa, 2000
 16.Çiçək yağışı. Bakı: Şuşa, 2000
 17.Ədəbiyyatşünaslığın əsasları. Bakı: Sabah, 2001
 18.Söz çəməni. Bakı: Azərbaycan, 2002
 19.Uşaq ədəbiyyatı. Bakı: Təhsil, 2002
 20.Ayrılığın qəm hasarı. Bakı: Təhsil, 2002
 21.Günlərimiz, aylarımız. Bakı: Azərbaycan, 2003
 22.Bir sevdalı ürəyim var. Bakı: Çaşığolu, 2003
 23.Ədalətli hakim. Bakı: Azərbaycan, 2004
 24.Şirin yuva. Bakı: Azərbaycan, 2004
 25.Müasir ədəbi proses və ədəbi tənqid. Bakı: Çaşıoğlu, 2004
 26.Min dovşan otaran çoban. Bakı: Azərbaycan, 2005
 27.Zamanın qatarı. Bakı: Azərbaycan, 2005
 28.Həsrət sazağı. Bakı: Şivannəşr, 2005
 29.Ədəbiyyatşünaslığın əsasları. Bakı: Şivannəşr, 2005
 30.Dəniz səviyyəsi. Bakı: Şivannəşr, 2005
 31.Meymunlar ölkəsi. Bakı: Azərbaycan, 2006
 32.Yollar. Bakı: Azərbaycan, 2006
 33.Uşaq ədəbiyyatı. Bakı: Şivannəşr, 2006
 34.Daha uşaq deyiləm. Bakı: Şivannəşr, 2006
 35.Sevdalı sabahlar. Bakı: Şivannəşr, 2007
 36.Namusu qoru. Bakı: Azərbaycan, 2007
 37.Ana dilim. Bakı: Azərbaycan, 2007
 38.Tanrının ömür payı. "Sumqayıt" nəşriyyatı, 2007
 39.İlahi qazlar. Bakı: Azərbaycan, 2008
 40.Sehrli üzük. Bakı: Azərbaycan, 2008
 41.Ana dili (Əlifba, oxu). Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün dərslik. Bakı: Çaşıoğlu, 2008
 42.Eşqin qarlı yollarında. Bakı: ADPU, 2008


Afaq Məsud - Filologiya elmlər doktoru

Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsud 1957-ci ildə Bakıda anadan olub. 1957-ci ildə BDU-nin jurnalistika fakkultəsini bitirib. 1986-1988-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, 'Xəzər' dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.'Üçüncü mərtəbədə' (1976), 'Şənbə gecəsi' (1980), 'Keçid' (1984), "Tək" (1987), 'İzdiham' (1991), 'Subbotniy veçer' (Moskva 1984) 'Azadlıq' (1997), 'Yazı' (2005) kitabları nəşr edilib.'Can üstə', 'O məni sevir', 'Yol üstə' pyeslərinin müəllifidir.Q.Q.Markesin 'Patriarxın payızı', T.Vulfun 'Dünyanın hörümçək toru' romanlarını, qədim sufi əlyazmalarını - M.Nəsifinin 'Mövcudluq haqqında həqiqət', Ə.Qəzalinin 'Səadət iksiri', 'Oğluma məktub', 'İlahi bilik', İbn Ərəbinin 'Məkkə açıqlamaları' və sair əsərləri azərbaycan dilinə tərcümə edib.Əsərləri əsasında 'Sərçələr' və 'Qonaqlıq' televiziya tamaşaları 'Gecə', 'Cəza' filmləri çəkilib. 'Can üstə', 'O məni sevir' pyesləri 'Yuğ' Dövlət teatrında səhnəyə qoyulub. 2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan 'Avropa şərqşünaslığında qadın yazarlar').'Humay' Milli Akademiyası mükafatı laureatıdır. Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: 'Avropa şərqşünaslığında qadın yazarlar' - 2000
2. 'Afaq Məsudun nəsri' - 2003
3. 'Afaq Məsudun povestləri' - 2005
4. 'Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri' - 2006
5. Fərqanə Zülfüqarova: 'İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası - Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında' - 2010


Muradxan Paşa oğlu Cahangirov Dilçilik elimləri doktoru, professor

Muradxan Cahangirov 1919-cu ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qubadlı kənd məktəbində müəllim kimi başlayan Muradxan Cahangirov Qubadlı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə qədər müxtəlif vəzifələrdə işləmişdir. Lakin Muradxan müəllim ömrünün 60 ilini elmə - doğma dilimizin tədqiqi kimi şərəfli və məsuliyyətli bir işə həsr etmişdir. Filalogiya elmləri namizədi Muradxan Cahangirov ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnistitutunda çalışaraq "dilçilikdə Muradxan məktəbi" yaratmağa nail olmuşdur. O, 'Azərbaycan milli ədəbi dilinin təşəkkülü' adlı namizədlik və 'Milli təşəkkül dövründə Azərbaycan ədəbi dilinin aparıcı üslubları' adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir. Muradxan müəllim bu işlərini birini 1978-ci ildə, digərini isə 1989-cu ildə iki cildli monaqrafiya şəklində çap etdirmişdir. Bunlar elə əsərlərdir ki, milli dil və millətin varlığı üçün bu əsərlərə daim ehtiyac hiss ediləcək. Azərbaycan milli ədəbi dilinin təşəkkülü probleminə həsr olunmuş birinci hissə - birinci kitab dörd fəsildən ibarətdir. Bu hissənin öz girişi var və bu giriş ona görə əhəmiyyətlidir ki, məsələnin qoyuluşu, problemin həlli üçün ilkin şərtlər burada cəmləşmişdir.
Milli dilin və ya xalq dilinin təşəkkülünü ani proses kimi düşünənlər var. Bir ictimai quruluş o birinin içərisində tədricən yetişdiyi kimi, milli dil də ümumxalq dili zəminində tədricən formalaşır. Bir tərəfdən, o, 'Ədəbi dilimizin XVI əsr səviyyəsi, bir neçə baxımdan, 'erkən milli dil' əlamətlərini xatırladır' - nəticəsinə gəlir və buraya XVI əsrdən diliçi proseslər baxımından sinonim müvaziliklərin aradan qalxmağa başlaması, üstün variantın sabitləşmə meyli, ərazi bütövlüyü baxımından dildə birləşdirici - ümumiləşdirici meylin yaranması, ölkədə iqtisadi-mədəni əlaqələrin genişlənməsi, xanlıqlararası sərhəd qapalılığının olmaması və s. kimi əlamətlər daxil edir. O biri tərəfdən, qeyd edir ki: 'Azərbaycan milli ədəbi dilinin təşəkkülünü XVI əsrdən başlamaq olmaz'. Muradxan müəllim bu mülahizəsinin üzərində daha möhkəm dayanır və bunu bu dövrdə hələ xalq dili üçün səciyyəvi olan çoxvariantlılığın çoxluğu, gələcək milli ədəbi dilin əsası ola bilən 'orta' üslubun qeyri-sabitliyi, klassik üslubun üstünlüyü və s. ilə izah edir.
O, ardıcıl faktlara əsaslanaraq göstərir ki, Azərbaycanın üç hissəyə parçalanması, bir hissəsinin farsların, bir hissəsinin ərəblərin, bir hissəsinin rusların tə'sir məngənəsinə düşməsi əvvəlki iki ərazinin tərəqqi imkanlarını məhdudlaşdırmış, sonuncuda çarizmin müstəmləkəçilik siyasətinə baxmayaraq, ümumi iqtisadi, mədəni-ictimai yüksəliş xalq dilinin milli ədəbi dil halında qurulmasına imkan yaratmışdır. Şimali Azərbaycanda dil müxtəlif funksional üslublara ayrılmaqla yanaşı, bu üslublarda vahid ünsiyyət ehtiyacından doğan normalılıq güclənmişdir. Çoxvariantlılıqdan vahid qaydalılığa meyl artmış, qrammatik quruluşda və leksikada indiki işlək formalar (məs. fayda, ömür, toxum; ol, şol əvəzinə o və s. ) XVIII əsrdən daha artıq görünməyə başlamış, bir sıra leksik və qrammatik vahidlərin arxaikləşməsi sürətlənmişdir.
Sonra isə o dilə xarici amillərin rolun nəzərdən keçirilmişdir. İqtisadi həyat birliyinin güclənməsi, pul-qiymət, ölçü-çəki müxtəlifliklərinin aradan qalxması, xanlıqlararası gömrük xərclərinin ləğv edilməsi, daş yol, dəmir yol xətləri, digər rabitə vasitələri, əkinçiliklə bağlı düsturül-əməl kitablar, ümumən XIX əsrdən daha açıq görünməyə başlayan kapitalist münasibətlər, dialekt bazasının dəyişməsi və nəhayət, XIX əsrin son rübündə Bakıda mərkəzləşən qarışıq dil-dialekt xüsusiyyətləri milli ədəbi dil şəklində təmərküzləşməyə səbəb olmuşdur. Ümumi mədəni inkişafın sür'ətlənməsi - mətbuatın, teatrın yaranması, əkinçilik mədəniyyətinin inkişafı, bədii ədəbiyyatın müxtəlif üslub qollarının (nəsr, dram, satira və s. ) meydana çıxması, Bakının tədricən mədəni mərkəzə çevrilməsi, ədəbi-mədəni əlaqələrin genişlənməsi, tərcümə işi, Azərbaycan ərazisini bir neçə hissəyə bölə bilən keçilməz sədlərin olmaması dilxarici amillər kimi milli dilin təşəkkülünə imkan yaratmışdır, - müəllif qənaəti belədir.
Bir sıra görkəmli alimlərin fikrinə şərik olaraq, müəllif milli ədəbi dilin təşəkkülünü bir və ya iki dialektlə bağlamaq fikri ilə razılaşmır, fikrini, bizcə, düzgün əsaslandırır və yazır: 'Marksizm klassiklərinə görə, milli dillər formalaşarkən, 'dilin tarixi inkişafı sayəsində hazır material' ilkin təşkiledici əsas olur. Təşəkkül və formalaşmaya gətirib çıxaran ikinci yol - tarixən dillərin qarışması, dil-dialekt ünsürlərinin çarpazlaşmasıdır. Həhayət, üçüncü, sonuncu yol 'iqtisadi və siyasi təmərküzləşmə ilə əlaqədar dialektlərin vahid milli dildə təmərküzləşməsidir.' Buna görə də mədəni mərkəz mühitini əsas tutmaqla milli dilin Şamaxı-Təbriz-Şuşa-Gəncə-Tiflis mühiti ilə sıx bağlı inkişaf etdiyini və XIX əsrin son 30 ilində Bakı mühiti ilə əlaqədar intensiv inkişafını xüsusi qeyd edir.
Müəllif XIX əsrdə meydana çıxan yeni Azərbaycan dilçiliyinin milli dilin təşəkkülünə şüurlu müdaxiləsini qeyd etməklə Bakıxanov, Kazım bəy, M. F. Axundov kimi alimlərin dilçilik fikirləri, əlifba probleminin həlli yolunda aparılan işlər, imla və tələffüz məsələləri, terminologiya barədə mülahizələr, lüğət və lüğətçilik işləri və s. barədə ətraflı və sistemli mə'lumat verir.
1985-ci ildə çıxmış İkinci kitab giriş və beş fəsildən ibarətdir.
Bu əsərində Muradxan müəllim üslubları qarşıdurma mövqeyindən müxtəlif prinsiplər əsasında təsnif etmişdir: ifadə coşqunluğu nisbətinə görə, ifadə tərzinə görə, xidmət obyektinə və anlamlıq dərəcəsinə görə, inkişaf istiqamətinə görə, funksiya dairəsinə görə və s. Bunlar üslub məsələsinə hansı prinsiplərlə yanaşmaq mümkünlüyü barədə fikri zənginləşdirir. Lakin bu bölgülərlə bağlı mübahisələr də etmək olar.
O, çətinliklə əldə edilən tək-tək faktlara istinad edərək dilimizin köklərini eradan əvvəlki daha qədim dövrlərlə bağlayır. Material yoxluğu müəllifi məcbur edir ki, qəbilə, tayfa dillərindən xalq dilinə doğru inkişafı, təbii olaraq, uzunmüddətli bir proses kimi təsəvvür etsin. Lakin bu tərəflərə yaxınlaşdıqca daha konkret danışır: VII əsrə qədərki dili danışıq dili, VII-XI əsrlər arasını şifahi, X-XIII əsrləri yazılı ədəbi dilin formalaşma dövrü kimi qəbul edir. Vəziyyət belədir, biz əlimizdəki nadir faktların sələflərini tapmaqda çətinlik çəkirik.
Üslubların milli dilin təşəkkülü dövründə vəziyyətini nəzərdən keçirməzdən əvvəl, o, erkən təşəkkül dövründə üslubların zirvələnmə gedişi barədə mülahizələrini söyləmişdir. Onun fikrincə, xalq dili materialı Füzuli zirvəsini yaratdığı kimi, Füzuli zirvəsi də dil materialı və sənətkarlıq qüdrəti ilə orta xəttin - Vaqif-Axundov xəttinin yüksəlişinə böyük kömək etmişdir.
Əsərdə bu cəhət fonetik-orfoqrafik, leksik və qrammatik material əsasında ümumiləşdirilmişdir. XIX əsrdə ümumxəlqi-demokratik meyllər fonetik-leksik-qrammatik normalaşmanı daha fəal üzə çıxarmışdır.
İkinci kitabın sonrakı fəsilləri milli dilin təşəkkülü mərhələsində bədii, elmi, ictimai-siyasi üslubların sistemli elmi tədqiqinə həsr edilmişdir.
Ağırlıq mərkəzi XIX əsrə düşən milli təşəkkül dövründə elmi üslub sinkretik xarakter daşısa da, termin sinonimliyi və müvaziliyi olsa da, elmi dil bədii dildən tam ayrıla bilməsə də, nəsr forması dəbdən düşməsə də, XIX əsrin 30-cu illərində müqayisəli dilçilik elminin, 40-cı və sonrakı illərdə tarixşünaslıq və 'kəsbkarlığın', 50-ci illərdə dilçilik və ədəbi tənqidin, 60-cı illərdə cəmiyyətşünaslıq və fəlsəfənin, 70-ci illərdə aqrotexnika və əkinçilik mədəniyyətinin, 80-ci illərdə təbabət və məktəbdarlığın, 90-cı illərdə bitkiçilik və meşəçiliyin inkişafına dair əsərlər istər-istəməz elmi üslubun da lazımi inkişaf axarına düşmüş olduğunu və milli dilin təşəkkülü üçün mühüm bir amil kimi çıxış etdiyini sübut edirdi.
O, milli dilin erkən təşəkkülünü XVI əsrdən də başlamağı mümkün hesab edir, lakin qəti olaraq XVII əsrin II yarısı üzərində dayanır.
Muradxan müəllim özü milli dilin Fransada 6 əsr, İtaliya və Almaniyada dialekt bazası tez-tez dəyişdiyinə görə 6-7 əsr ərzində formalaşdığını qeyd etdiyi halda, bizim milli dilin təşəkkülünə 2 əsr yarım vaxt ayırır.
Muradxan müəllim gələcək nəsillər üçün böyük məs'uliyyət, böyük zəhmət və vicdanla bir iş görüb. Bu iki kitab həm elmi-nəzəri, həm də əməli cəhətdən çox faydalıdır. Muradxan Cahangirov 1996-cı ilin aprel ayının 26-da vəfat etmişdir.


Alışov Mönsüm Ədil oğlu

Alışov Mönsüm Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirib, ilk əmək fəaliyyətinə elektrik montyoru kimi başlamışdır. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin institutu bitirmişdir. 1976-cı ildən Azərbaycan Respublikası Maarif Nazirliyinin əmri ilə Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə təyinat almışdır. 1980-cı ilə kimi Qubadlı rayonu Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçmüşdür. Sumqayıt Üzvü Sintez Birliyində mühəndis, mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir. M.Alışov 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1990-cı ildə Azərbaycan ETPE İnstitutunun Təlimin Texniki Vasitələri Şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildə Sumqayıt şəhərində ilk özəl orta ixtisas təhsil müəssisəsi olan Sumqayıt Pedaqoji Seminariyasını təhsis etmiş və ona rəhbərlik etmişdir. 2001-ci ildə 'Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması' mövzusunda dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. M.Alışov ümumtəhsil məktəblərində kompyuter texnikasından istifadə etməklə fizika və riyaziyyat fənlərinin tədrisi zamanı 'problemli-modullu təlim' texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasını vermişdir. 'Problemli-modullu təlim' metoduna:-'problemli-təlim', 'modullu təlim' və 'sıxlaşdırma' nəzəriyyələrinin qarşılıqlı əlaqəliliyi şəraitində həmin metodların inteqrasiyası nəzəriyyəsini əsaslandırılmışdır. 2013-cü ildə 'Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi' mövzusundakı doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. Tədqiqat ilk dəfə olaraq, həndəsənin hazırlıq kursu (I-VI siniflər) məzmununun sistemi, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının elektron hesablama vasitələrinin kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir. M.Alışov 1980-ci illərdə respublikamızın məktəblərində 'İnformatika' fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcədə kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədi ilə müxtəlif zamanlarda 30-dan çox elmi publisistik məqalələrlə mətbuatda çıxış etmişdir. M.Alışov 2008- ci ildə "Qızıl qələm"media mükafatına layiq görülmüşdür. M. Ə. Alışov SDU-nin İnformatikanın tədrisi metodikası kabinetinin dosentidir. Hal-hazırda M. Ə. Alışov 2009-cu ildən Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun elmi işlər üzrə prorektorudur. Ailəlidir, 4 övladı var. M.Alışov aşağıda adları göstərilən elmi əsərlərin o cümlədən 2 monoqrafiyanın, 3 dərs vəsaitinin, 3 metodik vəsaitin müəllifi və ya həmmüəlifidir; 1. M. Ə. Alışov FOKAL proqramlaşdırma dilinin öyrədilməsi 'Fizika və riyaziyyat tədrisi məcmuəsi' Bakı, 1989-ci il, ?2 2. M. Ə. Alışov İnformatika və hesablama texnikasının əsasları fənninin tədrisinə dair. Bakı, 'Nurlan' 1998-ci il metodik vəsait 3. M. Ə. Alışov Kompüter təliminə ibtidai siniflərdən başlamalı, 'İbtidai məktəb və məktəbəqədər tərbiyə' Bakı, TN,ATPİ 1998-ci il, ?4 4. M. Ə. Alışov Kompüter təlimi və onun proqram təminatı, 'Azərbaycan məktəbi' Bakı, Az.TNAPİ 1998-ci il ?4 5. M. Ə. Alışov Kompüter təliminə modullu yanaşma, informatika və HT-nın əsasları kursunda onun imkanlarının həyata keçirilməsi, APKİA və YH Baş İnstitutunun 'Elmi əsərləri' bülleteni, Bakı,1998-ci il 6. M. Ə. Alışov Təlim metodlarının inteqrasiyası, idrakı fəallaşdırma vasitəsidir, 'XXI əsr: məktəb və psixologiya' mövzusunda elmi-praktik konfrans Bakı, BPKİYİ, 2000 7. M. Ə. Alışov Kompüter texnikası ilə şagirdlərin təlim fəaliyyəti, 'Azərbaycan məktəbi', Bakı, TN 2000, ?2 8. M.Ə.Alışov, A.Quliyev, N.B.Nəsirov, İ.B.Əhmədov, M.S.Vəliyeva, A.Ə.Sadıqov, A.Q.Cəfərov Riyaziyyatdan test çalışmalarını necə həll etməli, Bakı, ADPU-2001 9. M. Ə. Alışov Riyaziyyat və fizika fənlərinin tədrisi prosesində kompüterdən istifadə texnologiyasına dair, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi, Sumqayıt , monoqrafiya şəhər mətbəəsi, Bakı 2001 10. M. Ə. Alışov, Ə.Pələngov, Q.Əliyev Informatika, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ?1019 , 30.12.2003-cü il tarixli əmri Sumqayıt, Zərdabi MMC. 2003 Metodik vəsait 11. M. Ə. Alışov, Ə.Pələngov, Q.Əliyev Informatika BASİC və RASCAL proqramları üzrə praktik və nəzəri kurs, Bakı ADPU 2005 ,Dərs vəsaiti 12. M. Ə. Alışov Riyaziyyat təlimində məzmunlu ümumiləşdirmə, 'Fizika, Riyaziyyat və İnformatika tədrisi' Bakı, 2006, ?4 13. M. Ə. Alışov Təlimdə məzmunlu ümumiləşdirmə, 'Azərbaycan məktəbi' Bakı, TN,ATPİ 2006 ?6 14. M. Ə. Alışov İnkişafetdirici təlim şəraitində həndəsə materialının mərhələli tədrisinə dair, 'İbtidai məktəb və məktəbəqədər tərbiyə' Bakı, 2006-cı il, ?2 15. M. Ə. Alışov Həndəsi biliklərin bünövrəsi ibtidai siniflərdə qoyulur, 'İbtidai məktəb və məktəbəqədər tərbiyə' Bakı, ARTNARTPİ 2007-ci il, ?1 16. M. Ə. Alışov İstedadlı şagirdlərlə işləyən müəllimlərin ixtisasının artırılmasına müasir yanaşma, 'Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar və perespektivlər' I-beynəlxalq elmi konfrans, Bakı, BPKİYİ 2008-ci il 17. M. Ə. Alışov Orta ixtisas məktəblərində təhsilin informatlaşması problemləri, 'Təhsildə qloballaşma və İKT' Beynəlxalq E.P.K. mat. ADPU, Bakı-2008-ci il 18. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunun tədrisi problemləri və onların həlli yolları, Bakı 'Elm' 2009-cu il, Monoqrafiya 19. Алышов М. А. Связь обучения геометрии в школе на современном этапе, 'Новые технологии в образовании' журнала Воронеж, 2009 г. ?6 20. Алышов М. А. Применение метода 'Геометрическое место точек' на уроках геометрии, Журнала науч. публик. аср. и док. Курск 2009 г. ?11 21. M. Ə. Alışov, M.Vəliyev Həndəsə məsələləri (planimetriya), Bakı 'Elm' 2010-cu il, Dərs vəsaiti 22. M. Ə. Alışov Həndəsənin əsas anlayışlarının məktəb kursunda yeri, Fizika, riyaziyyat və informatikanın tədrisi' jurnalı, Bakı, Təh.Naz.AMİ 2010, ?1 23. M. Ə. Alışov Həndəsi anlayışların təlimində təfəkkür əməliyyatlarının tətbiqi (I-VI siniflər), 'Fizika, riyaziyyat və informatika tədrisi' jurnalı, Bakı, Təh.Naz.AMİ 2010, ?2 24. M. Ə. Alışov Tədris prosesində qrafik-ölçmə işlərindən istifadə, 'Azərbaycan məktəbi', Bakı TN.ATPİ 2010-cu il ?3 25. M. Ə. Alışov Bağçayaşlı uşaqlarda həndəsə elementləri haqqında təsəvvürlərin formalaşdırılması, İbtidai məktəb və məktəbəqədər tərbiyə' Bakı, 2010-cu il, ?2 26. Алышов М. А. Научно-методические вопросы обучения геометрии в 1-6 классах, Украйна, Киевський обласний институт пислядипломна освити педагогичних кадров, 'Народна Освита' (Електронно науково фахово видания) ?3 (12), 2010 27. Алышов М. А. Использование инновативных методов обучения в преподавании геометрии, 'Инновация, качество образования и развитие', материалы, I-международной научной конференции, Баку-2010 28. M. Ə. Alışov Həndəsənin anlayışları və aksiomatik qurulması haqqında, 'Fizika, riyaziyyat və informatika tədrisi', Bakı, 2011, ?2 29. Алышов М. А. Психологический аспект усвоения понятий подготовительного курса геометрии (I-VI классы), Украйна, 'Освита на Луганщии', ?1,(34) 2011 30. M. Ə. Alışov Həndəsə məsələləri həllində isbatetmə elementlərindən istifadə (V-VI siniflər), ADPU, 'Xəbərlər',Bakı-2011-ci il, ?1 31. M. Ə. Alışov Həndəsi biliklərin verilməsində evristik yanaşmadan istifadə (V-VI siniflər), ARTPİ-nin 'Elmi əsərlər', Bakı-2011-ci il, ?1 32. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunun təlimində təfəkkür metodlarından istifadə (I-IV siniflər), 'Elmi əsərlər' Bakı, BPKİYİ 2011 ?1 33. M. Ə. Alışov Həndəsənin propedevtik kursu tədrisinin nəzəri və praktik məsələləri, Bakı-'Elm'-2011 34. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunda sahə anlayışlarının öyrədilməsinə dair (IV-VI siniflər), 'Azərbaycan məktəbi', Bakı, TN 2011, ?1 35. Алышов М. А. Подготовлф учащихся начальных классов к изучению геометрического материала в V-Vİ класс, Мирзо Улугбек номидаги Узбекистан Миллий Университетининг Илмий Журнали, Тошкент 2011. 36. Алышов М. А. Понятие величины в школьном курсе математики (V-VI классы), Казахстан, 'Достояние нации' ? 3 за 2011 г 37. M. Ə. Alışov Informasiya-kommunikasiya texnologiyalarının riyaziyyat təlimində rolu və yeri, 'Təhsildə İKT' ADPU, 2011, ?3 38. M. Ə. Alışov İbtidai siniflərdə riyaziyyat fənninin 'ölçmələr' məzmun xətti haqqında, 'Təhsildə İKT' ADPU, 2011, ?4 39. M. Ə. Alışov , I-IV siniflərdə həndəsə materialı məzmun xəttinin qurulması prensipləri, 'Fizika, riyaziyyat və informatika tədrisi', Bakı, 2012, ?1 40. M. Ə. Alışov, İ-Vİ siniflərdə həndəsə materialı təlimində müxtəlif yanaşmalar, 'Xəbərlər', NMİ, 2012, ?1 41. M. Ə. Alışov, Təlimin metodik məsələləri: həndəsənin hazırlıq kursu. Müasir təlim metodları və prensiplərinin komputer texnologiyaları əsasında qurulması. 'Azərbaycan məktəbi', Yanvar-Fevral, ?1 (647), 2012 42. Алышов М. А. Сущность, проблемы и способы реализации содержательной линии 'измерения' в началных классах на уроках математики, Украйна, 'IННОВАЦIЙНI ТЕХНОЛОГIİ У ПРОФЕСIЙНОМУ РАЗВИТКУ ПЕДАГОГIЧНИХ ПРАЦIВНИКIB ТА КЕРIВНИКIВ ЗАКЛАДIВ ОСВIТИ' 2012 43. M. Ə. Alışov, İbtidai siniflərin informatika dərslərində öyrədici komputer oyunlarının didektik funksiyaları, 'Təhsildə İKT' ADPU, 2012, ?3

Elburus Şahmarın "xanimanim Qubadlı " və Mehdi Mükkərrəmin "Əbədi şölələnən məhşəl" kitablarından da istifadə olunmuşdur

Hörmətli həm vətənlər! ola bilsin ki, kimlərsə yaddan çıxıb. Əgər belədirsə
edi-mehri@mail.ru
ünvannına məlumat verə bilərsiniz.

Əvvəlcədən təşəkkürümü bildirirəm!!

telefon (050) 316 -67- 33

070-340-08-42 Rövşən
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!