Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 


♥♥♥
Qarmı yağıb bu yollara? -
Soraq getmir, soraq gəlmir.
Zülmət içində qalmışam,
Ömrümə bir çıraq gəlmir.

Bilmirəm harda özüməm,
Canımdı dərddən üzülən.
Dərya üzündə üzürəm,
Sahil yoxdu, qıraq gəlmir.

Gəlsin Eşqin əsirləri,
Mən bilmirəm bu sirləri...
Ürəyimin fəsilləri
Yağmur gəlir, quraq gəlmir.

Eşq ilə dünya isinə,
Mən dönəm Haqq elçisinə.
Sözlərimin ölçüsünə
Qələm dardı, varaq gəlmir...

♥♥♥
Hər gecə təklik əlindən
Ahü naləm Göyə çıxar.
Göyə çıxan ahü naləm
Gəlib Yerdə neyə çıxar.

Bəmimdə gizlənib zilim,
Mən itmərəm ilim-ilim.
Allahımda əlif dilim
Bismillahda beyə çıxar.

Yoxdu mənim şər nəfəsim,
Hər çiçəkdə tər nəfəsim.
Candan çıxan hər nəfəsim
Allah deyə-deyə çıxar.

Sən də gəl söndür bu şamı,
Ürəkdə qoy arzu-kamı.
Üz döndərər məndən hamı,
Ölüm mənə yiyə çıxar...

♥♥♥
Ömrümdən keçən illəri
Saçımın dəni göstərir.
Günsüz qalan günlərimi
Çeşmimin çəni göstərir.

İkilik çəkir nöqsana,
Birlik sığmır yüz dastana.
Birin hikməti insana
Göz verir, mini göstərir.

Gedir yayın həyəcanı,
Payız qışa verir canı,
Bahar fəsli bu cahanı
Sevgidən qəni göstərir.

Düzün dağı, dağın düzü,
Ömrümün gecə-gündüzü,
Bu dünyanın hər bir üzü
Güzgüdür, Səni göstərir...

♥♥♥
Qoy bağlansın yol-yolağım,
Qalsın Sənə yolum, bəsdi.
Həm sağımsan, həm də solum,
Sağım bəsdi, solum bəsdi.

Dönüb baxmaram geriyə,
Kim üzülə, kim əriyə...
Sənintək nazlı pəriyə
Qucaq olsun qolum, bəsdi.

Könül doyarmı dilbərdən? -
Böylə boyu sənubərdən.
Hərdən Günəş olum, hərdən
Bulud kimi dolum, bəsdi.

Mən hamıya uzaq ada,
Bir kimsə salmasın yada.
Ətrin ilə bu dünyada,
Gülüm, nəfəs alım, bəsdi.

♥♥♥
Dilimdəki səs imişsən,
Ün imişsən, bilməmişəm.
Zülmət içində qalmışdım,
Gün imişsən bilməmişəm.

Olmasaydı məndə səbir,
Mənzilim olmuşdu qəbir.
Kor gözlərim görürdü bir,
Min imişsən, bilməmişəm.

Mən fikrimi eylədim cəm,
Hər duyğumda yandı bir şəm...
Ürəyimə hən ALLAH, həm
DİN imişsən, bilməmişəm.

Qoy bu sözüm çatsın yada,
Salmasın ta məni yada.
Axtardığım bu dünyada
SƏN imişsən, bilməmişəm.

♥♥♥
Yenə Səndən xəbər susur,
Susur lalın dili kimi.
Qəlbimdən lalə qanları
Dərdlər sorur zəli kimi.

Bu dünyadan gözüm qırıq,
Səsim küsgün, sözüm qırıq.
Kor aşığam, sazım qırıq, -
Ürəyimin teli kimi.

Gəldi-gəlmədi xoşuma
Min ağrı gəlir tuşuma.
Dolanıram boş-boşuna
Bu dünyanı dəli kimi...

Gəldim çıxdım doğru yola,
Günəş ömrümə nur sala,
Qələmim Zülfüqar ola,
Mən də Həzrət Əli kimi.

♥♥♥
Bu dünyada nə var, nə var
Doğrudan, düzdən yuxarı?
Bircə O Yar, bircə O Yar -
Gecə-gündüzdən yuxarı.

Yar kuyidi cənnət yerim,
Pərvanəyəm, Sevgi pirim.
Mənim Yarım, mənim Birim
Yüz üstü yüzdən yuxarı.

Eşq ilə alışır közüm,
Qəlbimə güzgüdür gözüm.
Aşikardı hər bir sözüm,
Görünür üzdən yuxarı.

Sükutumu bir Səs alır,
Verdiyini hər kəs alır.
Kimsə bizə nəzər salır,
Dayanıb bizdən yuxarı.

♥♥♥
Bu ölülər məkanından
Dirim Allahı çağırım.
Min yerimdən min yaram var,
Birim Allahı çağırım.

Ürəyim inləyən neyim,
Dərd olub əynimə geyim.
Dərviş kimi YA HU! deyim,
Pirim Allahı çağırım.

Hanı mənim cəm ceyyidim?! -
Zülmətimə şəm seyyidim.
Həm imamım, həm seyyidim,
Mirim Allahı çağırım.

Daş asılır dizlərimə,
Duman çökür gözlərimə.
Dünya kardı sözlərimə,
Durum, Allahı çağırım.

♥♥♥
Min dastanlıq tək bir SÖZəm,
Heç kimin xəbəri yoxdu.
Mən hamını görən GÖZəm,
Heç kimin xəbəri yoxdu.

Mələklərin sədasıyam,
Bir yaşıl EŞQ adasıyam.
Suda odam, odda suyam,
Heç kimin xəbəri yoxdu.

Gün adlamacdı, adlanır,
Ömür son ucda dadlanır.
Burda bir AŞİQ odlanır,
Heç kimin xəbəri yoxdu.

Xoş gün zülümdən başlayır,
Bütöv bölümdən başlayır.
Həyat ölümdən başlayır,
Heç kimin xəbəri yoxdu.

♥♥♥
Dərdə yaxa vermə, canım,
Bu əlin var, ayağın var.
Ayaq üstə durursansa,
Hardansa bir dayağın var.

Niyə qaraldın bir anda?
Göy buluddan darananda,
Göy qurşağı yarananda
Qövsi-qüzeh boyağın var.

Dərdə vermə taqətini,
Asan düşün hər çətini.
Boş ver gecə zülmətini,
Dan yerində bayrağın var.

Aləmi Sözdür oyadan.
Nə istəyirsən, ay adam?!
Nə umursan bu dünyadan?! -
Qələmin var, varağın var...
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!