Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 


Qeyd edək ki, 1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan ordusu Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib, Muradxanlı kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşən Qubadlı sakinlərinin ərazini tərk etməkdən başqa çarəsi qalmayıb. Rayon uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Ümumilikdə Qubadlı 230 şəhid verib, 146 nəfər əlil olub. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb.


BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi


Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq; Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi narahatlığını bildirərək; hərbi silahlı əməliyyatların qızışdırlmasını və o cümlədən yerli erməni qüvvələrinin Kədbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlağını bildirərək; bu regionda olan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmamazlığınını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istsfadə etməyin yol verilməməzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan edərək və hərbi əməliyyataların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını bildirərək:
1) Dayanaqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından çıxarılmasını tələb edir;
2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol verməkdən çəkinməyə çağırır;
3) Bu regionda həmçinin münaqişənin toxunuduğu rayondarda mülki əhalinin əzab-əziyyətlərinin azaldılması üçün aparılan humanitar yardımın göstrilməsililə əlaqədar olan beynəlxalq fəalliyətin maneəsiz keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına əməl olunmasının məcburiliyini təsdiq edir;
4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regiondə və həmçinin Azərbaycanın Kəlbəcər rayonunudakı vəziyyətin qiymətləndirilməsini və sonradan Şuraya məruzə etdilməsini xahiş edir;
5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
Sərəncam 3205 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur. ]

BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il 853 saylı Qətnaməsi

Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək; tərəflərin 822 saylı Qətnaməinin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq; hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir;
1) Ağdam rayonu və Azərbaycanın işğal olunnmuş digər torpaqlarının zəptini pisləyir;
2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarını bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir;
3) Bütün hərbi əməliyyatların təxirəsalınmadan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrini çıxardılmasını tələb edir;
4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır;
5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvəlki iktisadi, nəqliyyat və energetika əlaqələrinin bərpasına çağrışlarını bir daha təsdiq edir;
6) ATƏT-in Minsk qurupunun münaqişənin sülh yolu ilə həll olunmasına, həmçinin 822 (1993) saylı qətnaməsinin həyata keçirilməsinə yonəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir;
7) ATƏT-in nəzarətçi missiyasının və fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin Şura çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır;
8) Tərəflər münaqişənin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə, Minsk qurupu çərçivəsində danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə yönəlmiş bir başa əlaqələrin davam etməyə çağırır;
9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və indiki qətnamələrin əməl etməsini təmin etməyə və bu tərəfin Minsk qpunun təkliflərini qəbul eləməsinə çağırır. Dövlətləri təklikdə münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirməsinə gətirib çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təhciz etməkdən çəkinməyə çağırır.
10) Dövlətləri münaqişənin şişirdilməsinə və ya ərazinin işğalına davam etməsinə yönəlmiş hər hansı bir silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır;
11) Mülkü əhalinin dözülməz vəziyyətinin yüngünlləşdirilməsinə yönəldilmiş regionda, həmçinin münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla maniyəsiz təmin olunmasına bir daha çağırır;
12) Baş Katibdən və müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə təcili hümanitar yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir;
13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir;
14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
3259 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur.

BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi

Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurasının Sədri tərəfindən oxunan Bəyanata istinad edərək, Qarabağ üzrə ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə ünvanlanmış 1 oktyabr 1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ konfliktinin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması ilə bağlı öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə Moskva şəhərində keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu ilə həll olmasına kömək edəcəyinə ümid bəsləyərək, Azəpbaycan Respublikasının və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmamazlığını və qüvvə tətbiq edərək torpaqların alınmasının mümükünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri və reginoda baş verən humanitar vəziyyətlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çox saylı vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
1) Tərəfləri atəşkəsin effektliyini və daimiliyini, Minsk qrupuna dəstək olaraq Rusiya Federasmyasının yardımı ilə birbaşa əlaqələrin yaradılmasının təmin etməyə çağırır;
2) Özünün ATƏT və Minsk qrupunun yorulmaz əməyi çərçivəsində əldə olunan sülh prosesini dəstəklədiyini bir daha bəyan edir;
3) 28 sentyabr 1993-cü ildə Minsk qrupunun yığıncağında qəbul edilmiş və Sədr tərəfindən maraqlı tərəflərə təqdim edilmiş '822 (1993) və 853 (1993) Qətnamələrini həyata keçirilməsi ilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini' bəyənir, tərəflərə onu qəbul etməsini məsləhət görür və buna çağırır;
4) Münaqişədən irəli gələn və 'Yeniləşmiş Qrafikdə' həll olunmamış problemelərin Minsk qrupu tərəfindən aparılan sülh danışıqları çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirir;
5) Tərəfləri Minsk qrupunun 'Yeniləşmiş Qrafikdə' nəzərə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, zəbt olunmuş ərazidən hərbi qüvvələrin çıxarılmasına, kommunikasiya və nəqliyatla bağlı bütün maneələrin aradan qaldırılmasına çağırır;
6) ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına əsasən və 'Yeniləşmiş Qrafikdə' nəzərə alınmış və münaqişənin həllinə yönəldilmiş sülh danışıqlarının aprarılması üçün tezliklə Minsk qrupunun konfransının keçirilməsini lazım bilir;
7) Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərilməsi təklifini müsbət cavablandırılmasını və konfransın açılışından sonra sülh danışıqlarının aparılmasına bütün mümkün olan köməyi göstrəməsini xahiş edir;
8) ATƏT tərəfindən yaradımış Nəzarət komissiyasının dəstəkləyir;
9) Tərəfləri Beynəlxalq Humanitar Hüququnun pozulmasına yol veriliməməsinə və 822 (1993) və 853 (1993) saylı Qətnamələrində olan, münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardım məqsədi ilə beynəlxalq fəaliyyətin maneəsiz keçirilməsinə təminat verilməsinin vacibliyini bir daha bəyan edir;
10) Bu regionda olan bütün dövlətdəri münaqişənin böyüməsinə, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və mudaxilədən çəkinmələyə təkidlə çağırır;
11) Baş Katibdən və müvafiq Beynəlxalq Huamnitar Təşkilatlardan zərər çəkmiş mülki əhaliyə fövqəladə yardım göstərilməsini, qaçqın və məcburi köçkündərin öz yurdlarına qayıdmasının təhlükəsizlik şəraitində yayşamaq üçün köməklik göstərilməsini xahiş edir;
12) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişatından və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya təqdim etmələrini xahiş edirik;
13) Bu məsələ ilə əlaqədar aktiv məşğul omağı qərara alır.
Qətnamə 3292 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur.

BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 884 saylı Qətnaməsi

Təhlükəsizlik Şurası özünün 30 aprel
1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qəntnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması; atəşkəsin pozulması, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin zəbt olunması ilə əlaqədar hərbi əməliyyatların gərginləşməsi ilə bağlı narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlülüyünü, beynəlxalq sərhədlərin toxunulmamazlığının və ərizinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin yol verilməməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
1) Hərbi əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin, zəbtini, mülki əhaliyə hücumu və Azərbaycan Respublikası ərazisinin ataşə tutulmasını pisləyir;
2) Ermənistan hökümətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək 822 (1993) və, 853 (1993) və 874 (1993) saylı Qətnamələrə riayət etməsinə və hərbi kampaniyalarıın davam etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;
3) ATƏT-in Minsk qrupunun 9 nəfərinin bəyanatını məmuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir;
4) Maraqlı tərəflərdən hərbi əmələiyyat və düşmənçilik aktlarının həmən dayndırılmasını, birtərəfli olaraq Təhlükəsizlik Şurasının '822 (1993) və 853 (1993) Qətnamələrini həyata keçirilməsilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini' və Minsk qrupunun Vyana şəhərində keçirilən 2-8 noyabr 1993-cü ildə keçirilən iclasında qəbul olunmuş dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir;
5) Maraqlı tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dastək məqsəd ilə yardımı birbaşa kontakt nəticəsində əldə olunmuş atəşkəsə riayət etmələyə və onun daimiliyini və effektliyini təmin etmələyə; və münaqişənin həlli yolunda Minsk prosesinin və 'Yeniləşmiş Qrafik' və ona Minsk qrupunun 2-8- noyabr 1993-cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərəçivəsində münaqişənin nizamlanmasına dair danışıqlar və digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə cağırır;
6) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və mudaxilədən çəkinməyə təkidlə çağırır;
7) Baş Katibdən və müvafiq beynəlxalq huamnitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümələdən Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və Horadiz şəhərinin əhalisi daxil edilməsi ilə, fövqəladə yardım göstərilməsini, qacqın və məcburi köçkünlərin öz yurdlarına qayıdması və təhlükəsizlik şəraitində yayşamaq üçün köməklik göstərilməsi xahiş olunur;
8) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bunula əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya hesabat verməsi xahiş edilir;
9) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
3313 saylı Qətnamə yığıncağında yekdinliklə qəbul olunmuşdur.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!