Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 
Dünyasını qürbətdə dəyişən ANA və ATAlarin xatirəsinə

Yaşar Əhmədov

Anamın

Ay ellər, Vətəndən ayri düşəli,
Mən görmədim gülə üzü Anamın.
Gəlişsiz- gedişsiz bağlı yollardan,
Bir an çəkilmədi gözü Anamın.

Ölüncə axtardı gəzdi elini,
Qürbət kəsəmmədi şirin dilini,
Qar yağdı , soldurdu ömür gülünü ,
Bir daha açılmaz yazı Anamın.

Könlə toxunmadı , qəlbi qırmadı,
Nəvə buyurmadı , gəlin yormadı,
Bilsə-bilməsədə sorğu sormadı,
Bal oldu söhbəti sözü Anamın.

Gəzib dolanmağa o dağ istədi,
İçməyə bir sərin bulaq istədi,
Göznə bir ovuc torpaq istədi,
Döndü torpaqlara özü Anamın.

Baxmır selə dönən gözüm yaşına ,
Pirimdi yalvarram məzar daşına ,
Dönüb dolanaram hər an başına ,
Unutmaz oğulu, qızı Anamın.

Getmir qulağımdan həzin laylası,
Qubadlı gözəli göllər sonası,
Köçdü yetim qaldı neçə balası,
Otlandı cığırı , izi Anamın.

Yaşaram, qəlbimdə qəm dəstə-dəstə,
Baş qoyub can verdi qollarım üstə.
Yurdunu istədi o son nəfəsdə
Yandırdı bağrımı, közü Anamın.

Yavər Həsən

DƏDƏ


Sənin məzarına gedən bu yolu
Ilantək dilimlə yalaram, dədə!
Qəbrinin üstündə bitən çiçəkdən
Ruhunun ətrini alaram, dədə!

Sənsizəm, üstümə dağlar yeriyər,
Dağlar da könlümtək ağlar yeriyər,
Bütün ağlayanlar susar, kiriyər,
Ölüncə mən ağlar qalaram, dədə!

Sən idin sinəmdə bir ürək kimi,
Göründün, qeyb oldun bir mələk kimi...
Üstünə qar yağmış bir çiçək kimi
Ömrün baharında solaram, dədə!

Göz yaşım yandırar, yaxar meyləri,
Sinar sürahilər, axar meyləri...
Dəli könlüm kimi qıriq neyləri
Ahımın yeliylə çalaram, dədə!

Görüm zalım fələk qaralar geyə,
Vaxt ola, yaxası əlimə dəyə,
Bilirsən, neylərəm zalım fələyə?! -
Onu öz günümə salaram, dədə!

Sinan bir qılıncın paslanar qını,
Neynirəm bədəndə bir qaşıq qanı?! -
Ruhuna kəc baxsa göylər sultanı,
O qızıl taxtını talaram, dədə!

Məni qərq eyləyən tufan yatmasa,
Dünya laylasına qafam yatmasa,
Yavərəm, heç nəyə gücüm çatmasa,
Qəbrinə baş daşı olaram, dədə!
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!