Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Baba Məhəmməd oğlu Məmmədov

Baba Məmmədov 1887-ci ildə Qubadlı rayonunun Fərəcan kəndində anadan olub. Onun iç dünyası mərdlik və xeyirxahlıq üzərində köklənmişimiş. O, Zəngəzurun yüzbaşısı olmuş, 1918-1920-ci llərdə Azərbaycan Demokratik Respublikasının parlamentində deputat olmuşdur. O dövrlərdə həm Bakıda, həm də rayonlarda erməni dfşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa ilə taniş olaraq və onun köməyi ilə zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı alır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın münasibətdə olmuidur. 1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, əliyanlı qaçaqlarına qapşı heç bir əməliyyatın aparılmasına imkan verməmişdir. 1929-cu ildə Baba həbs edilərək Şuşa turməsinə salınır, lakin buradan tezliklə Hüsü Hacıyevin köməyi ilə azad edilir və Arazın o üzünə keçir. Oradada uzun müddət qalmayaraq, Türkiyəyə gedir. Burada o Xosrov bəy Sultanov və Nuru Paşa ilə yenidən görüşür. Onlar Babaya Qərib olmağa qoymurlar. Baba uzun müddət vətən həsrəti ilə İstanbulda yaiamış və 1974-cü ildə orada vəfat etmişdir.

Çingiz İldırım bəy oğlu Sultanov (Çingiz İldıhım)

Çingiz İldırım (Çingiz İldıhım oğlu Sultanov) 1890-cı ilin iyul ayında Qubadlı rayonuda anadan olmuşdur. O, bəy oğlu olmasına baxmayaraq, həyatı ildırımlı yollarla olmuşdur. Tarixi baxımdan yanaşsaq, Çingiz İldırım tarixi simadır. İlk təhsilini 1898-1905-ci illərdə Şuşa realnı məktəbində, 1906-1909-cu illərdə Vladiqafqaz orta məktəbində almışdır. 1910-1916-cı illərdə Ali təhsilini Peterburq Politexnik İnistitutunda almışdır. Əmək fəaliyyətinə Peterburqda məhşur Ayvaz zavodunda başlamışdır.Yüksək səviyyəli mühəndis-metallurqdur. 1918-ci ildə "Qızıl Şimal" və "Hürriyyət" adlı qəzetlər buraxırdı. Azərbaycan Demokratik Respublikasının Həzrbi Dəniz Donanmasina rəhbərlik etmiş, Azərbaycan SSR-də 1920-cı il 28 apreldən iyununa qədər Həzrbi Dəniz İşləri üzrə Komissar işləmişdir, azərbaycanlılar arasında ilk dəfə Qırmizi Əmək Bayrağı orderi ilə təltif olunmuşdur. 1920-ci ilin iyunundan ilin sonuna qədər Xalq Poçt və Teleqraf Komisarı vəzifəsini aparıb. Sonra Xalq Yollar Komisarı təyin edilib. Bütün bu dövrdə daşnaklara qarşı mübarizə aparmış, 1921-ci il oktyabrın 4-də RSFSR Əmək və Müdafiə Şurasının Muğan müvəkkilinin müavini təyin edilir. O, Respublika Xalq Komissarları Sovetinin və MİK-in ərzaq vergisi üzrə fövqəladə müvəkkili, Naxçıvanda və Qubadlıda partiya-sovet işləri üzrə məsul təhkimçi, Dövlət Plan Komissiyasının sədrini müavini, SSRİ Sindikatlar Şurası Azərbaycan bürosunun sədri, Azərbaycan Yükvurma Cəmiyyətinin sədri, Azərbaycan xüsusi aviakimya idarəsinin sədri vəzifələrini aparmış bir "İldırım" idi. Moqintaqorsk Metallurgiya Kombinatınin özülünün qoyan şəxs olmaqla, uzun müddət orada rəis işləmişdir. 1936-cı ildə bunu M.Qorki "Naşi dostijenie" jurnalında xüsusi qeyd edir. Bu işlərinə görə ona "Lenin ordeni" verilir. Çingiz İldırımı təriflədiyinə görə M.Gorki öəstəxanada pionerlərin gətirdiyi şokaladla daşnaklar tərəfindən zəhərlənərək öldürülür. 1938-ci il sentyabrin 25-də Krivoy Roq Metalurgiya Kombinantının tikintisi ilə əlaqədar Moskvaya çağrılmış və Moskva- Krivoy Roq qatarında daşnaklar tərəfindən qəsd edilmişdir. Onun haqqında yazırdılar "bəşər insanı deyil, qılıncdı, oddu, ildırımdı". Hətta onun ölüm hökmünü oxuduqda yalnız üzünü yana çevirmişdir. Yalnız bu sözləri eşidə bilmişdir:" Ot imeni Soyuz Sosialistiçeskix Respublik..."

Qara İlyas oğlu İlyasov

Həyatı Qara İlyas oğlu 1884-cü ildə Zəngəzur qəzasınının Qubadlı rayonunun Müskanlı kəndində anadan olmuşdu. Bir müddət Şuşa şəhərində yaşamışdı. 1902-ci ildə Bakı şəhərin köçmüş, neft mədənlərində çalışmışdı.1905-ci ildə yenidən Qubadlıya qayıtmışdı. 1906-cı ildən 1909-cu ilədək meşə gözətçisi, 1910-cu ildən meşəbəyi işləmişdi.Sovet dövründə qəza icraiyyə komitəsinin sədri, nahiyə inqilab komitəsinin sədri, qəza firqə komitəsinin təşkilat şöbə müdiri, milis rəisi vəzifələrində çalışmışdı.1925-1926-cı illərdə qəza torpaq şöbə müdiri, 1926-1927-ci illərdə Ağdam Siyasi Büro idarəsinin rəisi, 1927-1928-ci illərdə Qaryagin (hazırkı Füzuli) Siyasi Büro idarəsinin rəisi işləmişdi.O, 1928-ci ildə əks-inqilabçılara qarşı döyüşdə öldürülmüşdür. Qara İlyasovun Qüdrət və Hidayət adlı oğulları vardı. Onlar atalarının yarımçıq işlərinin davamçılar oldular.

Bəhlul Əfəndi Behcət

O, 1885-ci ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Çox işıqlı düşüncəyə sahib olan Bəhlul Əfəndi Quranı azərbaycan dilinə tərcümə etmiş, dini məzmunda əsər yazmiş və həmin əsərdə sünni-şiə məsələlərini araua atanlara cavab vermişdir. Həm dünyəvi elmlər, həm də siyasət ilə məşğul olan Bəhlul Əfəndi Sarı aşığın bayatılarını kitab halına salmış, "Nizami və qafqaz folkloru" mövzusunda elmi əsər eazmış, 1923-cü ildə Təbrizdə olarkən "Məhəmməd peyğəmbərin ailəsinin tarixi" əsərini çap etdirmişdir. 1934-1937-ci illərdə əsasən folklorşünaslıq və ələbiyyatşünaslıq ilə məşğul olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurularkən xalqa müraciət edərək "Ya qalib ağa ol, ya da şəhid" şəklində müraciət etmişdir. 1922-ci ildə İrana keçmiş və sonra geri qayıtmışdır. Burada o həbs edilərək 10 il həbsdə saxlanmışdır. O, bir əlində qələm, qılınc tutan ziyalılarımızdan olmuşdur. Bəhlul Əfındi bir daha 1938-ci ilin 15 martında həbs edilərək sürgün edilmlşdir və sonra bu böyük şəxsiyyətdən xəbər alınmamişdır.


Nəzər Heydər oğlu Heydərov

1891-ci ildə Gürcülü kəndidə anadan olub. 1913-1918-ci illərdə 'Balaxanı neft' mədənlərində işləmişdir. Azərbaycanın böyük dövlət xadimlərindən biri olub.Qubadlı rayonunun inqlab komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK -nın məsul təlimatçısı, Ağdaş və Şuşa rayon İcraiyyə Komitəsinin sədri, eyni zamanda DQMV MİK -in sədr müavini olmuşdur. 1927-1928- ci illərdə Azərbaycan SSR Ali XTS-də mahsul vəzifədə çalışmışdır. 1931- ci ildə Moskva Sənaye Akademiyasını eyni zamanda Neft isitutunu bitirdikdən sonra 1949- cu ilə dək Azərbaycanda neft sənayesində , o cümlədən 'Əzizbəyov'trestinin müdiri , Azneft birliyinin rəisi və s. Işləmişdir. 1949- 1954 -cü illərdə Azərbaycan SSR Ali Sovet Rəyasət Heyyətinin sədri , SSR Ali Sovet Rəyasət Heyyətinin sədrinin müavini işləmişdir. "Aznefttextəhcizat" idarəsinin rəis müavini işləmişdir. 'Zəngəzur dağlarında ' kitabının müəllifidir. 1960 - cı ildə təqaüdə çıxmış, 30.12.1968-ci ildə Bakıda dünyasını dəyişmişdir.

Möhbalı Əmiraslanov

Qubadlı rayonunun balaca bir kəndi olan Balahəsənli kəndi Azərbaycanın başını uca edən iki insan yetişdirmişdir. SSRİ EA-nin müxbir üzvü Əli Əmiraslanovun əmisi oğlu Möhbalı Firudin oğlu Əmiraslanov 1902-ci ildə anadan olub. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girmiş və 1924-cü ildə Bakıya Əlinin yanına gələrək texnikuma daxil olur. Gecə təhsil alıb, gündüz taxta zavodunda fəhlə işləyir. 1927-ci ildə Azərbaycan Poltexnik İnistitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Polad İnistitutuna Moskvaya göndərilir. 1931-ci ildə onu Leninqrada göndərirlər və 1934-1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir. 1940-cı ildə Toxuculuq Sənayesi naziri təyin edilmlş və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilir. 1942-ci ildə müharibəyə getmiş, döyüşlərdə iştirak etməklə yanaşı İran cəbhəsində də böyük işlər görmüşdür. Döyüilərdə iştirak edən Əmiraslanov 1944-cü ildə podpolkovnik rütbəsi alır. 1945-1951-ci ilin yanvarına qədər Zaqafqaziya sənaye tikinti trestinə rəhbərlik edir. 1951-1954-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1-ci müavini olur. 1954-cü ildə o, yüngül sənate naziri təyin edilir. 1956-cı ildə onu Bakı baş tikinti idarəsinə rəis göndərirlər. 1961-ci ilin martında Əmiraslanov Respublika Nazirlər Soveti yanında Azərbaycan SSR Dövlət Dağ-mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsini sədri təyin olunur. O, Azərbaycan SSR Ali Sovetini 2-ci və 3-cü çağrışında deputat seçilmişdir. İşlədiyi illərdə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1944-1954-cü illərdə MK-nın büro üzvü seçilib. 1981- ci ilin yanvarında öz xahişi ilə təqaüdə çıxmıi və 1984-cü il mayın 15-də dünyasını dəyişmiş, Bakı şəhərində Fəxri Xiyabanda dəfin edilmişdir.

Zəhra Adığözəl qızı Kərimova

Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini, 1935-də BK-ya təlimatçı, həm də jurnala redaktor göndərilir. 1938-ci ildə Kirov RPK-nın 1-ci katibi seçilir, 1939-1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq, XVIII qurultaya nümayəndə seçilir. 1941-ci ilin dekabrında Respublika Nazirlər Sovetində sosial təminat naziri təyin olunur. 1942-ci ildə Lenin ordeni ilə təltif olunur. 10 ildən artıq nazir olduqdan sonra, 1952-ci ildə AHİŞ-in sədri seçilir. Zəhra xanım nazir işləyə- işləyə ADU-nun tarix fakkultəsinə sənəd verəeək, oranı fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Nazirlər Sovetinin şöbəsə müdiri aparılir. 1945-ci ildə ona "Şərəf nişanı" ordeni də almıilır. 1959-cu ildən İttifaq təqaüdçüsü sayılır. 1990-cı ildə vəfat etmişdir.

Dağbəyi Mirzəxan oğlu İsmayılov - AzərTAc-ın Baş direktorunun müavini.


Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadli rayonunun Çərəli kəndində anadan olub. 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə Çərəli kənd orta məktəbində müəllim işləyib. 1970-1975-ci illərdə o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakultəsində ali təhsil alıb. 30 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetləri redaksiyasında müxbir, şöbə müdiri və Baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci il noyabrın 15-dən köçürmə yolu ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTac) buraxılış redaktoru vəzifəsinə təyin olunub. 2003-cü il yanvarın 6-dan 2005-ci il fevralın 2-dək AzərTAc-da Baş redaktor vəzifəsində fəaliyyət göstərib. 2005-ci il fevralın 3-dən 2008-ci il fevralın 1-dək AzərTAc-da Baş direktorun müavini vəzifəsini icra edib. 2008-ci il fevralın 1-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzərTAc-ın Baş direktorunun müavini təyin edilib. Hazırda həmin vəzifədə çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1969-1973-cü illərdə Qubadlı rayon Hal Kənd Sovetinin deputatı olub. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Dağbəyi İsmayılıov 1982-ci ildə həmin təşkilatın "Qızıl qələm" mükafatına layiq görülüb. "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktorudur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif edilib və "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb.

Abbas bəy Sultanov- həkim, ictimai xadim

Həyatı Abbas bəy Ağalar bəy oğlu 1895-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində anadan olmuşdu. 8 yaşından 11 yaşına kimi Qubadlı kənd məktəbində oxumuşdu. Sonra Qori şəhər gimnaziyasına qəbul olmuşdu. 1915-ci ildə gimnaziyanı bitirmişdi. Elə həmin ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Unıversitetdə oxuduğu dövrdə siyasi dərnəklərdə iştirak etmişdi. 1917-ci ildə təhsil ocağını yarımçıq qoyub Zəngəzura qayıtmışdı. Feldşerlik vəsiqəsi olduğundan Gorusda qəza idarəsinin tibb şöbəsində işə başlamışdı. Sovet dövründə, 1921-ci ildən 1923-cü ilədək Qubadlı Qəza Firqə Komitəsinin məsul katibi işləmişdi. Sonra Xalq Maarif komissarlığında baş ictimai tərbiyə idarəsinin müdiri vəzifəsində çalışmışdı. Ordan də Ali Siyasi Maarif İdarəsinin müdiri vəzifəsinə dəyişmişdi. 1930-cu ildə Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdu.1931-1932-ci illərdə Qaradonlu (indiki İmişli) Rayon Partiya Komitəsinin birinci katibi, sonra uzun müddət Gəncədə Zaqafqaziya Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru işləmişdi. Abbas bəy Ağalar bəy oğlu 1938-ci ildə vəfat edib.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!