Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 


Qaçaq Nəbi (Nəbi Alı oğlu)
Həyatı
Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. O, 25 il at belində çar Rusiyasına və ona xidmət edən qüvvələrə qarşı vuruşmuşdur. Bu illər ərzində Qaçaq Nəbi İran Şahı tərəfindən olunan haqsızlıqlara qarşı amansız olmuş, ikiyə bölünmüş vətən övladlarının həmişə müdafiəsində dayanmışdır.
1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. Ailəsi
Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır.Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu Əliyar Yusif oğlu Əliyev - Azərbaycanın Milli Qəhrəmanı
Həyatı
Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar dəfnə qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun yaxşı işini nəzərə alıb Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədri seçirlər. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Bilavasitə Əliyarın rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir. Döyüşlərdə iştirakı
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də müharibə təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə tabor kəşfiyyat bölməsinin komandiri, sonra təchizat üzrə taborun rəisi təyin edilir. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.
Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar.

Vasiliy Əhməd oğlu Əliyev - Azərbaycanın Milli Qəhrəmanı

Həyatı
Vasili Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi. Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü qızğın döyüş yerlərinə atır. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə çox yüksək qiymətə layiq görüldü.Qubadlının şəhidlər xiyabanında uyuyan Vasili Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.

Kazımağa Mövsüm oğlu Kərimov - Azərbaycanın Milli Qəhrəmanı

Həyatı
Azərbaycanın İlk Milli Qəhrəmanlarından olan Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin 1 sentyabr tarixində Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa ata övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca ketməsi üçün lazımi şərait yaratmışdır.
Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür bu da Kazımağa taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.
Kazımağa xarakter etibarı ilə də fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi, mehriban və hec zaman heç kimsədən köməyini əsirgəməyən bir insan idi. İkiüzlülükdən, riyakarlıqdan çox-çox uzaq olan bu insan ən xırda haqzılığa, ədalətsizliyə belə dözə bilmir və həmin an öz haqq səsini ucaldırdı. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə onun son dərəcə uzaqgörən olması, ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə anailiz edərək düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri, tələbəlik illərində onun müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun onunla bağlı söylədiyi və qələmə alıdığı xatirələrində də öz əksini tapmışdır. Yazıçı Kazımağada olan bu xarakteri onun adında olan 'ağa' sözü ilə uyğunlaşdırmış və bu sözün sanki onun xarakterinə yansıdığını dəfələrlə öz fikirlərində vurğulamışdır.
Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət 'Azərbaycan məktəbi' jurnalında, sonra isə 'Azərbaycan müəllimi' qəzetində çalışmışdır. Döyüşlərdə iştirakı
1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər bir şeydən uca tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Yalnız Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.
Hərbi geyim onun boy-buxununa nə qədər yaraşsa da o, xasiyyətcə hərbiçilikdən çox uzaq bir insan idi. Nəinki onu tanıyanların, hec onun özünün də təsəvürünə gəlməzdi ki, ömründə qarışqa tapdalamayan bir insan nə vaxtsa qələmini silahla əvəz edəcək, nişan alıb adam öldürəcək. Əgər erməni quldurlarını adam adlandırmaq mümkünsə!.
Ancaq onu da qeyd etmək lazımdır ki, Kazımağada vətənə, torpağa qarşı olan məhəbbət təsadüfi deyildi. Çünki o, hələ XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi məktəb bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma torpaqlarının müdafiəsinə qalxmış Zəngəzur Mahalının tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsidir.
Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxılmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh düşgünlüyünün yarandığını hiss edən Kazımağa yenidən, döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olması günü kimi Azərbaycan tarixinə həkk olur.
Aldığı yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Ayağından yaralanan Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an belə özünü itirmədən əllərini havaya qaldıraraq yaxşı ki, yazan əlim var deyir. Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan insanların heç ağlına belə gəlməzd ki, onu bütünlüklə itirəcəklər. Çünki o insanların heç biri bu fikri bir anlıq da olsa belə qəbul edə bilmir, 'dağ boyda' bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini güman belə etmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz neçə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.

Bəylər Tapdıq oğlu Ağayev - Azərbaycanın Milli Qəhrəmanı
Həyatı
Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır. Döyüşlərdə iştirakı
Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il... Avqustun 6-sı... Erməni irqçi vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünÜ yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: 'Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun' və hücuma keçirlər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də özləri ən uca zirvə - şəhidlik zirvəsinə ucalırlar.

Aslan Qabil oğlu Atakişiyev - Azərbaycanın Milli Qəhrəmanı

Həyatı
Aslan Atakişiyev 1953-cü il 16 avqustda Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1960-cı ildə burada birinci sinfə getmiş. 1970-ci ildə məktəbi bitirmişdir. 1972-1974-cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı. Döyüşlərdə iştirakı
Aslan Atakişiyev torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Cəbhə rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirirdi. Bu hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi məsuliyyətli bir vəzifəyə gətirib çıxardı. Lakin tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi. Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir.
1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl mənada qəhrəmanlıq göstərib həlak olub. Lakin vətən onun bu igidliyini yüksək qiymətləndirdi və ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi.

Kərəm Ərşad oğlu Mirzəyev - Azərbaycanın Milli Qəhrəmanı

Həyatı
Qubadlıdan cəbhəyə könüllü gedən igid vətən oğullarından biri də Kərəm Mirzəyev olub.
Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi. Döyüşlərdə iştirakı
Vətən torpağının xilas olması Kərəm Mirzəyevin hələlik yeganı arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. 'Laləzar' əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur. 1992-ci il aprel ayında keçirilən bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi faşistlərin başçısı Karen döyüş meydanında gəbərdi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər. 1992-ci il oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.

Ələkbər Həsən oğlu Əliyev - Azərbaycanın Milli Qəhrəmanı

Həyatı
Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində dünyaya göz açıb. Sumqayıt politexnik texnikumunu bitirib. Təhsilini başa vurduqdan sonra əvvəlcə Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib. Döyüşlərdə iştirakı
Əfsanəvi qəhrəman Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni quldurunu məhv edib. Özü isə qəhrəmancasına həlak olub.

Aqil Səməd oğlu Məmmədov - Azərbaycanın Milli Qəhrəmanı.

Həyatı
Aqil Məmmədov 1969-cu il 30 iyulda Qubadlı rayonunda anadan olmuşdur. Cəbhədə ən çətin vəzifələrdən birini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Kəşfiyyatçı idi. İgid oğlanları başına yığıb düşmən haqqında məlumat toplayırdı. Topladığı məlumatlar döyüşlərimizə çox kömək edirdi. 1992-ci il 6 avqustda Laçın rayonunun Sussuzdağ uğrunda qızğın döyüşlər gedirdi. Aqil buradakı düşmən qruplaşmaları haqqında da xeyli məlumat gətirmişdi. Lakin düşmən döyüşün qızğın vaxtında Aqil Məmmədovu hədəfə aldı və onun həyatına son qoydu.

Səfa Fətulla oğlu Axundov- Azərbaycanın Milli Qəhrəmanı

Həyatı
19 iyun 1958-ci ildə anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından Təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. 1975-ci ildə Qubadlı rayon orta məktəbi bitirib.Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur .1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı Aeroportda pilot təyin edilir. 1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat 'Azal-aero' Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu. Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra 'Azərbaycanın Milli Qəhrəmanı' adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.


{ - { | - | } - } ~ - ~ ♥ -♥  - § © - © '- « R- ® ° - ° ² - ² ' - » ¼ - ¼ ½ - ½ ¾ - ¾ ē - ē ő - ő Δ - Δ Θ - Θ Σ - Σ Ω - Ω β - β ← - ← ↑ - ↑ → - → ↓ - ↓ ↔ - ↔ ↕ - ↕ ↖ - ↖ ↗ - ↗ ↘ - ↘ ↙ - ↙ ö -ö ü - ü ğ - ğ Ğ - Ğ ı - ı İ - İ ə - ə Ə - Ə ş - ş Ş - Ş

G?ndərin Məni
Qocaldı taleyim,qocaldı adım
Tarix sehifəsində yazılsın adım
İmdada ?atmasa bəlkə ?vladım
Vətəndə məzara g?ndərin məni,
?z?m? qibləyə d?ndərin məni!
**** Dağlar əksik olmur dumandan ?əndən, Hər ?vlad imdadı diləyir məndən, Didərgin d?şm?şəm ana vətəndən. ətəndə məzara g?ndərin məni, ?z?m? qibləyə d?ndərin məni! **** Sarıtel ?st?ndə ?alınsın sazım Oxunsun dillərdə qəmli avazım Doyunca ağlasın O qara g?zl?m Vətəndə məzara g?ndərin məni, ?z?m? Qibləyə g?ndərin məni!
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!