Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Tanınmış Şəxsiyyətlər


Qubadlının tanınmış neçə-neçə qəhrəmanı, yazıçısı, şairi, ədəbiyyatşünası, jurnalisti, alimi, din və dövlət xadimi olub. Hələ XVIII əsrdə yazmış olduğu 'Məm və Zin' poeması ilə məhəbbət dastanı yaradan, böyük söz ustadı Məhəmməd Füzulinin yolunu davam ctdirən Əhməd Xani kimi nəhəng şair yaşayıb Xanlıq kəndində. Ondan 200 il sonra M. M. Xəzani (1811-1893) anadan olub Mərmər kəndində. Xəzani orijinal üsluba malik bir şair olmuş, eyni zamanda 'Kitabi-tarixi Qarabağ' əsərini yazmaqla bir tarixçi kimi diqqəti çəkmişdir. Azərbaycan elminin 60-dan çox nümayəndəsi, o cümlədən 15-dən çox elmlər doktoru Qubadlıdandır.


1) Qaçaq Nəbi - Xalq qəhrəmanı.
2) Bəhlul Əfəndi (Bəhcət) (1885-1938) - ADR-in siyasi xadimi,ədəbiyyatşünas.
3) Məhəmmədov Baba Məhəmməd oğlu ( 1887-1974) - İctimai-siyasi xadim, ADR-nın parlamentinin üzvü.
4) Kərimova Zəhra Adıgözəl qızı (1909-1990) - Azərbaycan SSR Sosial təminat naziri
5) Heydərov Nəzər Heydər oğlu (1896-1969) - Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri
6) Heydərov Arif Nəzər oğlu - General-leytenant, Azərbaycan SSRDaxili İşlər naziri
7 ) Hüseynov Kamran Əsəd oğlu - Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
8) Əmiraslanov Əli Ağamalı oğlu - Geoloq, professor, SSRİ EA-nın müxbir üzvü.
9) Əmiraslanov Möhbalı Firudin oğlu (1902-1984) - İctimai-siyasi xadim, Azərbaycan SSR Nazirlər Soveti sədrinin 1-ci müavini.
10) İsgəndərov Məmməd Əbdül oğlu (1915-1985) - SSRi Ali Sovetinin Rəyasət heyəti sədrinin müavini.

 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!