Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Arif Nəzər oğlu Heydərov

1926- cı ildə anadan olub (28.06.1926) Əmək fəaliyyətinə 1942- ci ildə başlamışdır. 'Əzizbəyov neft' trestində çilingər işləmişdir. 1943- cü ildə xüsusi təhsil məktəbinə oxumağa göndərilmiş, 1944- 1945 ci illərdə İkinci dünya müharibəsinin iştirakçısı olmuş,Berlinə hucum əməliyatında iştirak etmişdir.1945-1947- ci illərdə müttəfiq qoşunların heyyətində Polşa və Almaniyada xidmşt etmişdir. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəzlik Komitəsinin kəşfiyyat şöbəsində işləmişdir. 1970-1978-ci illərə Azərbaycan Daxili İşlər Naziri işləmişdir. Bakı Dövlət Univrsitetinin tarix fakultəsini bitirmiş, alman, rus, türk və fars dillərini mükəmməl bilmişdirr. Qırmızı bayraq, 'Şərəf nişanı' ordenli və bir çox xarici ölkə medalları ilə təltif edilmişdir. 1978-ci il 29 iyunda Azərbaycan Ali Sovetinin deputatı, Daxili İşlər naziri (general -leytinat) Arif Nəzər oğlu Heydərov iş yerində qətlə yetirilmişdir.

Valeh Əyyub oğlu Bərşadlı

Baleh Bərşadlı Azərbaycana bir çox elm və dövlət xadimi bəxş etmiş Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya göz açıb. 14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını ( Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriyası Məktəbi) bitirən, 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş Baş Qərargah Rəisi olmuşdur. 1992-ci ildə avantura nəticəsində istefa vermiş yeganə generaldır. Baleh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrinin saç ağarmış taqım komandirliyindən ən nəhəng ordulardan (ADR-də yerləşən Sovet Qoşun Birləmələrindən) birinin müavinliyinə qədər parlaq yol keçmiş bir şəxsindir. General indi haqq dünyasındadır və o, öz canından cox sevdiyi torpaqları azad görə bilmədi.

Tahir Yunus oğlu Əliyev

Tahir Əliyev Qubadlı rayonunun yetişdirdiyi beş generaldan biridir.Əslən Cılfır kəndan olan Tahir, uşaqlığı Yevlax şəhərində keçirmişdir. Orta məktəbi Gorusun Şurnuxu kəndində almışdır. 1971-1972-ci illərdə Mingəçevir şəhərində poltexnik texnikumda təhsil almışdır. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil almışdır. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini təyin edilib. 1988-ci ilin payızında Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edirlər. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilir. 1992-ci il 24 fevralda respublika Müdafiə Naziri təyin olunmuş, 21 gün sonra, yəni 1992-ci ilin martın 17-də Daxili İşlər Naziri təyin olunur. İki aydan sonra 38 yaşlı general sərəncama göndərilir. 1993-cü ilin ikinci yarısindan 1995-ci ilin yanvarına kimi RespublikaGömrük Komitəsinin sədri vəzifəsində işləyib. Hal hazırda ehtiyatda olan generaldır.

Hüseyn Abbasqulu oğlu Quliyev

Hüseyn Quliyev 1939-cu ildə Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olub. Hüseyn orta məktəbi qurtardıqdan sonra Bakıya gəlir və Azərbaycan Dövlət Universitetinin tarix fakkultəsinə qəbul olmaqa çalışır, lakin bura qəbul olunmadıqda Lvova gedərək orada Ali Hərbi Məktəbə qəbul olur. Oranı qurtardıqdan sonra, diplomatiya təhsili almış, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, İran səfirliyində 1-ci müavin, Türkiyədə konsul kşməkçisi işləmişdir. 70-ci illərin sonu 80-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəis təyin olunur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilmədi. Hüseyn Moskva yaxınlığında qəzaya duşərək həlak oldu.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!