Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Məmişov Əli İldırım oğlu


Əli İldırımoğlu


Məmişov Əli İldırım oğlu (Əli İldırımoğlu) - nasir, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist (1988), əmək veteranı (1998), "Qızıl qələm" mükafatı laureatı (1963).


Həyatı


Əli İldırımoğlu 1927-ci il noyabrın 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuşdur. Burada orta məktəbin səkkizinci sinfini bitirəndən sonra Şuşa şəhərində müəllim kadrları hazırlayan kursda təhsil almışdır. Əmək fəaliyyətinə 1942-ci ildən Qubadlı rayonunun Məlikəhmədli kəndində ibtidai sinif müəllimi kimi başlamışdır. Həmin rayonda Xıdırlı, Novlu, Gürcülü, Xəndək kənd ibtidai məktəblərində və Teymur Musganlı kənd yeddiillik məktəbində müəllim (1944-1946) olmuşdur. Laçın rayonu pedaqoji texnikumunda, Ağdam dövlət ikiillik müəllimlər institutunda təhsilini davam etdirmişdir (1945-1948). Sonra Qubadlı rayonunda Əliquluuşağı, Muradxanlı və Dondarlı kənd orta məktəblərində dərs hissə müdiri işləmişdir (1948-1950). Qubadlı rayon xalq maarif şöbəsinin inspektoru (1951-1952), orada "Avanqard" adlı rayon qəzetinin məsul katibi, redaktoru (1952-1954) vəzifələrində çalışmışdır. "Komınunist" qəzetinin Naxçıvan, Qarabağ, Quba bölgələrində xüsusi müxbir (1955-1990), "Həyat" qəzetinin xüsusi müxbiri (1990-1992) olmuşdur. Hazırda fərdi təqaüdçüdür (1992-ci ildən). Ədəbi aləmə jurnalistlik fəaliyyətinə başladığı dövrdən daxil olmuşdur: məqalələri, oçerkləri, felyetonları və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Onun oçerkləri "Çinarlı", felyetonları "Yazım, yazmayım" kitablarında toplu şəklində nəşr olunmuşdur. O, hekayə, povest və roman janrında da uğur qazanmışdır. 1988-ci il noyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə əməkdar jurnalist fəxri adına layiq görülmüşdür. "Rəşadətli əməyə görə" medalı və Araz ali ədəbi mükafatı ilə təltif olunmuşdur. Əsərləri
 1. Mayaklar. Bakı: Gənclik, 1974, 103 səh.
 2. Yazım, yazmayım. Bakı: Yazıçı, 1982, 263 səh.
 3. Çinarlı. Bakı: Gənclik, 1984, 309 səh.
 4. Həmin adam (roman). Bakı: Yazıçı, 1987, 259 səh.
 5. Dərd. Bakı: Gənclik, 1993, 271 səh.
 6. Telepat. Bakı: Azərnəşr, 1994, 367 səh.
 7. Zorən jurnalist (roman). Bakı: Azərnəşr, 1995, 445 səh.
 8. Silinməz izlər. Bakı: Maarif, 1997, 350 səh.
 9. Közərən sətirlər. Bakı: Gənclik, 1999, 266 səh.
 10.Mənim rəncbər atam (roman). Bakı: Gənclik, 2002, 327 səh.
 11.Qarlı gecələr (roman). Bakı: Nurlan, 2004, 288 səh.

 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!