Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 





  На главную
 

Ramiz Rövşən

"Ayrılıq","Qara paltarlı qadın","Toz","Qorxu","....Bizi ","... Yox","...Qısadı","... Qaldı".. ,
Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,-
Tanıya bilmədim, məni bağışla!
Mən ele bilirdim Sənsiz ölərəm,
Sənsiz öləmmədim, məni bağışla!

'Ölmədim' deyirəm, nə bilim axı,-
Bəlkə də, mən sənsiz ölmüşəm elə.
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki,-
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin bu ayın bu günündəki.
Elə bu küçənin bu tinindəki
məni də , səni də öldürdük onda.

...Sağimiz-solumuz adamla dolu,
qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz omründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanl? qan axı yoxdu...
Hamı günahkardı dünyada. Amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapantdan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın
şəhəhri,kəndi.
Bəlkə öz bətnində
ögey analar
ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğurdan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən?!...
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən
dayan!
Dayan heç olmasa əlindən öpüm.

Deyirsən 'Ölüyəm, ölünü
öpmə...'
Əlimin içində
soyuyur əlin.
Deyirsən:'Sən allah,əlimi öpmə,
əlimdən, deyəsən ,qan iyi gəlir...'

"Qara paltarlı qadın"

Kişilər bir olmur atam balası,-
qorxağı var .
Igidi var

Amma hər kişinin öləndən sonra
Qəbri üstə alğayası
Bir qara paltarlı gözəl qadına
umidi var .

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
qardaşmı olacaq?
yadmı olacaq?
bu dünyada
bəkkə sənə ən çox ağlayan
ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,
qəbirdə qurcalanıb
deyeceksən ,ilahi ,
illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!

Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
Saçlarının hər dəni.
illər boyu
bu qadına mən axı dərd vermişəmnm ,
İndi görən niyə çəkir dərdimi?

Bu qadın
Baş daşımı
öpüb sığallamaqdansa ,
Yumruğuyla döysə döysə yaxşıdı.
Qəbrimin üstə ağlamaqdansa,
Məni söysə yaxşıd.

Yeri,yeri qara paltarlı qadın,
Кiri,kiri qarapaltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
Baş daşımı bəsdi basdın bağrına.
Bütün Mənə ağlayanlar kiridi ,
Sən də kiri,qəbrim damır, ağlama!..

Toz

Göy uzundə fırlanan bir tozam mən .
Göydən -yerə boylanan bir gözəm mən
Mən bir gözəm , kipriyim yox , qaşım yox
Mən bir tozam ayağım yox başım yox
Həsəd cəkib insanına, heyvanına, quşna,
Fırlanıram bu dünyanin başına.
Bir nəhəng toz dənəsitək
Bu dünyada hərlənir,
Min-min ulduz içində.
Bu dünyanın içi tozdu,
Bu dünya toz içində.
Aşaqıda , yuxarıda ,
tozdu toz.
Bu dünyanın əvvəlidə, axırıda
tozdu toz
Mən bir tozam ,-
Kim nə bilir , axı hardan qopmuşam.
Ya əvvəldən ya axırdan qopmuşam.
Yorulmuşam toz olmaqdan ilahi.
Bədənsiz, cansız olmaqdan, ilahi .
Mən bir qadın bətninə
yığıılmaq istəyirəm.
Bu dünyada
Insan kimi doğulmaq istəyirəm.
özumə can istəyirəm
ətdən-sumukdən
Göz yaşından
tərdən,
qandan,
ilikdən.
Mən bir tozam,azadam yer üzündə.
Nə olsun ki,azad deyil bir adam yer üzündə.
Sən bu cansız azadlığı
gəl, məndən al, ilahi.
Tez ol məni qəfəsə sal ilahi.
Nəfəssizəm-
Tez ol, mənə nəfəs ver.
Nəfəsimə
Bədən adli qəfəs ver.
Mənə səs ver -
Səsə qəfəs ağız ver .
Mənə söz ver-
Sözə qəfəs kağız ver!,,,


...

Cızığından çıxma deyir atam mənə haçandır,
Bəs çxımasam Mən nə bilim cızığım haracandır

...

Mən ağıl gözlədım yerimdə saydım
Yox oldu sevincim coxaldı dərdim
Əgər bircə saat dəli olsaydım
Min cürə aqıllı isəlr görərdim



Гorxu

Dünyanın xos üzündən də
Hərdən-hərdən qorxur adam.
Dostların sevgisindən də
Hərdən-hərdən qorxur adam.

Səksənir əsən küləkdən,
Iyrənir açan çiçəkdən,
Öz başına sığal çəkən
Doğma əldən qorxur adam

Ya gündüz olsun, ya gecə,
Ozü də bilmir necə,
Elə durduğu yerdəcə
Qəfil birdən qorxur adam


...

Şirin-əirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına.,
Baxtımızın sorağına,
Qatdi bizi qabağına,
Əlində oynatdı bizi.

Biz ki yol nədi,bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gelmezdik.
Analar allatdı bizi:


...

Kiprik gözə yiyə durmaz,
Ağız sözə yiyə durmaz,
Dünya bizə yiyə durmaz,
Dünyaninda yiyəsi yox.

Dərdimiz sərimiz birdi,
Hər dərdin canı səbirdi,
Hər ömrün sonu qəbirdi,
Daha bunun niyəsi yox.

Bu ömrü bizə kim biçdi ?
Fələyin felinə düşdük,
Bir dərzi əlinə düşdük,
Qayçısı var, iynəsi yox.

...

Юмцр ютцр йаваш-йаваш,
Даща эцн-эцндян гысады.
Эял дураг бой-бойа,гардаш,
Эюряк Ким-кимдян гысады.

Ахтардым итян йоллары,
Цстя от битян йоллары,
Дцнйанын бцтцн йоллары
Мяним сябримдян гысады.

Гям елямя,атам оьлу,
Кечян кечиб, олан олуб:
Ялим бош, цряйим долу,
Дилим юмрцмдян гысады.

...

Бу от щансы отду эюрян,
Кимин цстя битди эюрян,
Ким-кими унутду эюрян,
Ким-кимин йадында галды?

Билян щаны мян биляни,
Демядим миндян бирини,
Няьмялярин ян ширини
Дилимин алтында галды.

Аьармаз сачым гарасы,
Юлцрям,анам баласы,
Алныма йазылан йазы
Телимин алтында галды:

Qəbrim də yoxdu ki, deyəm;
Üstünə bır gül dər apar.
Ya lap hava qaralanda,
Ya lap səhər-səhər apar.

Nə olsun sağam, diriyəm,
Onsuz da, sənsiz ölüyəm,
Ürəyində bir azca qəm,
Bogazında qəhər apar.

Elə bilir, oğlu sağdı,
Hələ dünənki usaqdı,
Ölmüüşəm, xəbəri yoxdu,
Anama da xəbər apar.

Ax, bu qızın barmaqları
Barmaqlarıma dəymədi.
Ürəyim ağrıyan gecə:
Gəlib qapımı döymədi.

***
Ax, bu qızın barmaqları
Bir məktub yazarmı görən?
Bir gün eşitsə ölmüşəm,
Qəbrimi qazarmı görən?

Ax, bu qızın barmaqları
Bir üzük taxdı belinə.
Qız idi,dinə bilmədim,
İndi nə deyim gəlinə?!

Ax, bu qızın barmaqları,
Uzun-uzun barmaqları,
Döymədi, anam, döymədi
Qapımızı barmaqları

.....
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!