Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 

  На главную
 
Əlağa Aslan

Ramiz Rövşənə

Dost, uzaq ol,sirdi dunya,
Heyrət yox"pah!"dan yuxari
Qərarında birdi dünya
Gah zülmət, gah dan yuxari

Əcəl camın silə tutur
Hər gələni dilə tutur.
Zaman bilə-bilə tutur
Şairi şahdan yuxari

Dərd gətirən şahlar imis,
Şah dediyin şahmar imiş
Yaxşı ki, Allah var imiş
Çəkdiyin "ah"dan yuxari!
VƏTƏN

Sənə ürək 'açır' hamı,
Arxam Vətən, önüm Vətən!
Dərdlərindən qaçır hamı,
Gəl dərdini bölüm, Vətən!

Yaşamışam yana-yana,
Bu dünyanı qana- qana
İçim dərddi- tanıyana,
Yaraşıqdı çölüm, Vətən!

Qədimsən, qurban yaşına,
Dərdin yaşıddır daşına
Çıxarma bizi başına,
Ayağında ölüm, Vətən!
Dərdimi

Bu dərd oda közə baxmır,
Bu dərd qaşa gözə baxmır,
Qudurubdu, sözə baxmır,
Qol-qola çatın dərdimi

Dozümdən salın ,qaytarın
Gözümdən salın,qaytarın.
Özümdən alın,qaytarın
Özümə satın dərdimi

Qəmə sinə gərin,-gedin.
Qızıl güldü dərin,- gedin
Pəncərəmə sərin, gedin,
Üstümə atın dərdimi

Sevdikcə, ana doymaram
Əlindən cana doymaram
Gözümdən yana qoymaram,
Bu xanım, xatın dərdimi
Indi

Vaxtında demədim sözümü yurda,
Şam-çıraq etmədim gözümü yurda.
Qurban eləmədim özümü yurda,
Gərək gilə-gilə əriyəm indi.

Dərdimi pərvanə,şəm çəkir mənim,
Qüssəmi, qəmimi qəm çəkir mənim.
Buludlar gözümdən nəm çəkir mənim,
Ağlayan gözlərin zəriyəm indi.

Sevinc ürəyimi sıxardı bir vaxt,
Günəs gözlərimdən çıxardı bir vaxt.
Məni sübhün yeli yıxardı bir vaxt,
Dünyanın dərd çəkən nəriyəm indi.

Su da göz yasım tək durulmaz belə,
Günahkar divanı qurulmaz belə.
Dərd adam olana vurulmaz belə,
Huriyəm, mələyəm, pəriyəm indi.

Fələklər alnımı yazan yerdəyəm,
Mələklər yolunu azan yerdəyəm.
Küləklər qəbrimi qazan yerdəyəm,
Özümdən bir məzar bəriyəm indi.
Könlüm

Yenə xəyallara dalıb, ağlayır,
Meylini dərd-qəmə salıb, ağlayır.
Səksəkə içində qalıb, ağlayır
Bir həzin laylada uyası könlüm

Bağlayib qapısın daş, aça bilmir,
Tutub gözlərini yaş, aça bilmir.
Daha öz-özündən baş aça bilmir,
Çiçəyi içindən duyası könlüm .

Dərdi dərd üstünə çinləyir indi,
Hicran nəğməsini dinləyir indi,
Çirkablar içində inləyir indi ,
Suyu saflığında yuyası könlüm .

Arzular, diləklər laldı vətənsiz,
Ürəklər qəm sazın caldı vətənsiz,
Bir canım var idi, qaldı vətənsiz,
Ölüncə saxlayar bu yası könlüm.
YAZILDI

Neyləsələr haqdı bizə
Fələk də kəm bxdi bizə
Ruzi bölən vaxti bizə
'Çörəyi daşdan...'yazıldı

Səs sal dedilər dön ünə
Heç nə düşmədi yönümə
Arzularin lap önünə
'Keşkə'dən 'kaş'dan yazıldi.

Bizik dilsiz zarıyan da
Hər müşkilə yarıyan da.
Dərdə yiyə arıyanda
Adımız başdan yazıldı
Torpaq rəngindəyəm

Çox dərdlərin qatdım başın
Çoxlarının çatdım qaşın
Yaşamağın atdım daşın
Ta həşiri - can dərdiyəm.

Dərd gül açdı mən saraldım
Qaldı bir kölgəm qaraltım
Qara bəxtim tək qaraldım
Daha torpaq rəngindəyəm.

Uzaqdan baxin gəlməyin
Nə doğma yaxin?-gəlməyin
Gen gəzin yaxın gəlməyin
Mın ağrılar cəngindəyəm.

Küsmüşəm

Həsrət özü gəlib çıxdi taxtıma,
Ömür keçdi, nə qaldı ki, vaxtıma?!
Qarğayıram taleyimə, baxtıma,
Ayrı salıb məni məndən, küsmüşəm

Xeyir bilməz şərdə səkən qismətim,
Dərdə gülməz dərdə çəkən qismətim.
Gözlərimə pərdə çəkən qismətim
Kor dumandi,çəndi, çəndən küsmüşəm.

Yan verdilər kədər adlı ləlinə,
Göndər,-dedim,-mən ünvanlı dəlinə.
Yaxam keçib ayrılıqlar əlinə
Qara saçlar olubdən-dən, küsmüşəm.

Bəndə kimdi gözlərimə nəm yaza,
Tale verə, ömrü-günü kəm yaza ?!
Nə karədi qismətimə qəm yaza?
Yazan sənsən, ya Rəbb, səndən küsmüşəm!
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!