Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Mir Sədi Ağa

"..."

Məni məhbus edəni görüm aləmdə xar olsun
Onun da könül evi mənimkitək tarimar olsun.

Yetişməsin kamına heç bilməsin eşqin dadını,
Sevdiyi sevgilisi özgələrə yar olsun.

O, bimürvət saldı bir quru böhtanə məni ,
Məndən artıq demirım ,Mənlə bərabər olsun.

Özü çəkdikcə bilər başqa cavanlar nə çəkir,
Etdiyi zülmlər qoy ona aşkar olsun.

Baxıban pəncərədən yarını əğyar ilə görsün,
Qana dönsün ciyəri gözləri ağlar olsun.

Qapısı, pəncərəsi bağlı qalsın həmişə,
Ürəyi, ömrü boyu qüsseyi qubar olsun.

Möhtac qalıb köməyə Yusifi-Kənanı çağırsın,
Hə Xudadan, nə İmamdan ona bir kam olsun.

Mirsədiyəm qarğamaram özgə bəlaya onu Mən,
Xoş günü zindan evi , dar günü məzar olsun..

Mir Məhəmməd Ağa

"Bir 'UNUT'kəlməsi, 'UNUT'kəlməsi"

Asimanda gəzən qəlbə en deyir,
Dolan yardan kənar. Dolan gen deyir,
Günəş kimi yanan qəlbə sön deyir,
Kiritmək istəyir sevdalı səsi
Bir 'UNUT'kəlməsi, 'UNUT'kəlməsi.

Niyə çəkir Məni fiqrətə doğru,
Niyə itələyir zülmətə doğru,
Niyə bəs aparır möhnətə doğru?
Niyə ürəyimdə boğur həvəsi,
Bir 'UNUT'kəlməsi, 'UNUT'kəlməsi.

Ürəyimi üzən yara neyləyim?
Məndən kənar gəzən yara neyləyim?
Yardan doyub bezən yara neyləyim?
Yar bağrına dəydi yarın gülləsi
Bir 'UNUT'kəlməsi, 'UNUT'kəlməsi.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!